Azərbaycandakı “Yıldız Elektrik”in sahibi FETÖ işilə bağlı həbs olundu


Azərbaycandakı “Yıldız Elektrik”in sahibi FETÖ işilə bağlı həbs olundu


Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı fəaliyyətində mühüm rola malik olan şəxs həbs edilib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Agentliyin xəbərinə görə, şərti olaraq F.Y adlandırılan şəxs Türkiyəyə daxil olarkən saxlanılıb.

Yenicag.az-ın özəl qaynaqlardan əldə etdiyi məlumata görə, yaxalanan şəxs Azərbaycanda fəaliyyət göstərən “Yıldız Elektrik” Şirkətinin sahibi Faruk Yıldızdır. Uzun illər Azərbaycanda FETÖ şəbəkəsinin aktiv üzvlərindən olan Faruk Yıldızla bərabər Azərbaycanda fəaliyyət göstərən bir çox fətullahçı iş adamı da Türkiyə tərəfindən axtarışa verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu