Mehriban Əliyeva “Modernizm və moda” sərgisinin açılışında

Xəbərin çap versiyası
Tarix: 7-10-2017, 00:50    |    Xəbər oxunub: 532 dəfə
Mehriban Əliyeva “Modernizm və moda” sərgisinin açılışında


Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisinin açılış mərasimi olub.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək Mərkəzin artıq beynəlxalq sərgilərin keçirildiyi məkana çevrildiyini qeyd edib.

Açılış mərasimində çıxış edən Aleksandr Vasilyev deyib: “Bu sərginin ekspozisiyası 40 il ərzində toplanıb. Biz müxtəlif ölkələrə, o cümlədən Avstraliyaya, Yaponiyaya, Çinə, Türkiyəyə, Fransaya, İtaliyaya, İsveçrəyə, Litvaya, Latviyaya, Estoniyaya, Rusiyaya, Cənubi Amerika ölkələrinə və digər ölkələrə bu sərgi ilə bağlı səyahət etmişik. Kurator Kirill Qasilin bu sərginin təşkilinə böyük vaxt sərf edib. Mən bu sərginin təşkilinə görə böyük imkan yaradıldığı üçün Heydər Əliyev Fonduna təşəkkür edirəm. Bizim digər sərgilər də təşkil etmək planımız var. Altı aydan sonra sizə daha maraqlı bir sərgi göstərməyi planlaşdırırıq. Bu, hələ ki, sirdir. Çünki siz hələ bu sərgidən zövq alacaqsınız. Sərgidə görəcəkləriniz, ola bilsin ki, sizin gözləntinizi də ötüb keçəcək. Bu, həmin möhtəşəm dövrün ən yaxşı modalarıdır. “Chanel”, “Dior”, “Balmain”, “Yves Saint Laurent”, “Balenciaga”, “Nina Ricci”, “Cardin”, “Couregge”, “Laroche”, “Cassini”, “Valentino” kimi yüksək modanın qəhrəmanlarının müxtəlif, ən yüksək keyfiyyətli modelləri təqdim edilir. Bunlar o dövrün ulduzlarına məxsus idi. Həmçinin sərgidə çoxsaylı aksesuarlar, çantalar, şlyapalar, bijuteriyalar və s. yer alıb. Düşünürəm ki, bunlar sizdə dərin təəssürat oyadacaq”.

Aleksandr Vasilyev diqqətə çatdırıb ki, bu, həm də maarifləndirici sərgidir. Bu sərgi Azərbaycanın dizaynerlərini, rəssamlarını, rejissorlarını, aktyorlarını, yazıçılarını, bir sözlə, o illərin ruhuna nüfuz etmək istəyən hər kəsi məlumatlandıracaq. Axı moda həm də tətbiqi sənətin bir hissəsidir. Bu, təkcə kommersiya deyil, həm də yüksək mədəniyyətdir. O deyib: “Bu cür sərgi o şəhərdə olmalıdır ki, həmin yerdə modaya səmimi münasibət bəslənilir. Biz istəyirik ki, Azərbaycanda bu estetika duyumu həmişə ən yüksəkdə olsun və siz böyük mədəniyyətin, böyük estetikanın və böyük gözəlliyin, o cümlədən memarlıq gözəlliyinin, təbiətin gözəlliyinin, mətbəxin gözəlliyinin paytaxtında yaşamağınızla qürur duyasınız. Mən sərginin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın Birinci Vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.

Möhtəşəm arxitekturaya, harmonik atmosferə, parlaq yaranma tarixinə sahib olan bina statusunda Heydər Əliyev Mərkəzinə “Stil meyarı” nominasiyasında “Aleksandr Vasilyev zanbaqları” mükafatı təqdim olunub. Aleksandr Vasilyev tərəfindən təqdim edilən mükafat keramikadan hazırlanmış “Zanbaq” əsərindən ibarətdir. Anar Ələkbərov isə Mərkəzin adından qonağa XIX əsrin sonları - XX əsrin əvvəllərinə aid Azərbaycan milli qadın geyimini təqdim edib. Sonra qonaqlar sərginin təqdim edildiyi dördüncü mərtəbəyə qalxıblar. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Aleksandr Vasilyev sərginin açılışını bildirən rəmzi lenti kəsiblər. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi Bakıda ilk dəfə nümayiş olunur. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar təqdim edilir.

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 5-dək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur