“Vaşinqton Post” azərbaycanlı diplomatın cavab məktubunu dərc edib


“Vaşinqton Post” azərbaycanlı diplomatın cavab məktubunu dərc edib


ABŞ-ın “Vaşinqton Post” qəzeti Azərbaycan diplomatının cavab məktubunu dərc edib. Bu barədə virtualaz.org-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.



Məlumatda bildirilir ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti Azərbaycanın Vaşinqtondakı Səfirliyinin əməkdaşı İnci Sadıqovanın qəzetin son zamanlar bir neçə qərəzli məqaləsinə cavab məktubunu dərc edib.

Azərbaycana qarşı xüsusilə son dövrlər tənqidi yazıların yer aldığı qəzetin dərc etdiyi Azərbaycan diplomatının məktubunda Azərbaycan və Gürcüstan rəsmilərinin bəyanatlarını şübhə altına alan heç bir tutarlı dəlilin olmadığı, qəzetin redaksiya heyətinin yazdığı məqalənin fərziyyələrə istinad etdiyi bildirilir.

Bundan əlavə, sözügedən məsələnin postsovet məkanında ən güclü starteji və mühüm ittifaq olan Azərbaycan-Gürcüstan tərəfdaşlığına zərbə vurduğu, bunun isə nə Azərbaycan, nə Gürcüstan, nə də ABŞ-ın maraqlarına xidmət etdiyi vurğulanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu