"Ümumi Tarix" kitabı dərsliyində rüsvayçılıq- FOTOLAR


"Ümumi Tarix" kitabı dərsliyində rüsvayçılıq-


"Ümumi Tarix" kitabı dərsliyində Azərbaycan ərazisi Ermənistanın tərkibində göstərilib.



Sosial şəbəkələrdə Azərbaycanda məktbədə tədris edilən dərsliklərdən birində növbəti rüsvayçılığın yer alması barədə xəbər yayılıb.

Bildirilir ki, kitab Təhsil Nazirliyi tərəfindən təsdiq olunaraq böyük maliyyə vəsaiti hesabına orta məktəblərin rus bölməsinin 10-cu sinifi üçün (Ümumi Tarix kitabı) hazırlanaraq avqust ayından göndərilib. Kitabın 32-ci səhifəsində Şimali və Cənubi Azərbaycan əraziləri "böyük ermənistan" ərazisi kimi göstərilib.
Orta məktəb müəllimlərinin kütləvi narazılığını nəzərə alaraq 4 gündür ki, kitablar məktəblərdən toplanılıb və bu biabırçılığı ictimayətdən gizlətməyə çalışırlar. Kitab Təhsil Nazirliyində bir neçə komissyadan keçərək, sonda nazirin qərarı ilə çapa vedilib və tədris məktəblərə göndərilib.

Qeyd edək ki, 9 nəfərin müəllifi olduğu dərslik 2017-ci ildə Bakıda çap edilib və 7000 tirajla yayılıb.

"Ümumi Tarix" kitabı dərsliyində rüsvayçılıq-

"Ümumi Tarix" kitabı dərsliyində rüsvayçılıq-


"Ümumi Tarix" kitabı dərsliyində rüsvayçılıq-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu