Keçmiş şöbə müdirindən icra başçısına MÜDHİŞ İTTİHAMLAR-RÜŞVƏT, KORRUPSİYA...

Xəbərin çap versiyası
Tarix: 11-10-2017, 01:32    |    Xəbər oxunub: 2 272 dəfə
Keçmiş şöbə müdirindən icra başçısına


Sabirabad rayon sakini, birinci dərəcəli dövlət qulluqçusu , Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətin bir surətini AFN-ə göndərən E.Bünyadov bildirir ki, 2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 2012-ci ildən isə o, rayon rəhbərliyinin tapşırığı ilə bir sıra vəzifəsi olmayan işlər gördüyünü iddia edir.

E.Bünyadov müraciətində həmin işləri də sadalayır: “Bakı şəhərində məlum yanğın hadisələrindən sonra H.Əliyev prospektində 19 saylı yaşayış binasının üzlüklərinin dəyişdirilməsi üçün 28000 manat (sübut orada işləyən fəhlələr);
Heydər Əlyev Mərkəzinin tikintisi üçün 16000 manat (sübut mərkəzin tikintisində işləyən fəhlələr);
H.Həmidov küçəsində yeni inşa edilmiş 3 saylı uşaq bağçasının və S.Vurğun adına şəhər 3 № -li məktəbin ön hasarlarının tikintisi üçün 22000 manat;
20 Yanvar küçəsinin asfalt örtüyünün yenidən qurulması üçün 18000 manat;
H.Əliyev prospektində 6 saylı yaşayış binasının üzlüyünün sökülməsi üçün 6000 manat;
Rayon İcra Hakimiyyətinin başçısına avtomobil alınması üçün 5200 manat;
Rayon Mədəniyyət evinə kondinsionerlərin alınması üçün, 4400 manat;
Qasımbəyli kənd tam orta məktəbinin döşəmələrinin dəyişdirilməsi üçün 12500 manat;
Kürkənd kənd ərazisində hasarların çəkilməsi üçün 11500 manat;
Əsgərbəyli kənd tam orta məktəbinin hasarının çəkilməsi üçün 13000 manat;
“ASAN XİDMƏT” mərkəzinin tikintisi üçün 7500 manat;
H.Həmidov küçəsində fərdi yaşayış evlərinin hasrlarının dəyişdirilməsi üçün 4400 manat;
H.Əliyev adına Parkda fontanın yenidən qurulması üçün 5000 manat;
Dörd il müddətində Novruz bayramının, eləcə də Yeni il şənliklərinin H.Əliyev adına parkda keçirilməsi zamanı 4000 manat;
Sabirabad rayonunun 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbirə 8000 manat”.
Şikayətçi bildirir ki, bütün bu sadalanan işlərin pulunu ödəmək üçün Milli Ordunun zabiti olan oğlunun Bakı şəhərində evini, maşınını, eləcə də öz evini və maşınını satıb: “Onu da vurğulamaq istəyirəm ki, Sabirabadda yeganə məmur olmuşam ki, oğlum Milli Ordunun zabiti olub və dəfələrlə döyüşlərdə iştirak edib. Lakin Rayon İcra Hakimiyyətinin başçısı bir dəfə də olsun heç bir tədbirdə vurğulamayıb ki, Təhsil Şöbəsinin müdirinin oğlu Milli Ordunun zabitidir. Hətta mənim oğlumun da olduğu hərbi dəstə rayon ərazisindən keçən zaman başçı mənə oğlumla görüşməyə icazə verməyib və keçirdiyi iclasda iştirak etməyimi tələb edib”.
İki ilə yaxındır ki, işsiz olduğunu deyən E.Bünyadov hazırda kirayədə oğlunun ailəsi ilə birgə yaşadığını bildirir. Onun sözlərinə görə, bundan əvvəl də şikayətçi olub, lakin ondan sonra rayon Polis İdarəsində işləyən oğluna və özünə təzyiqlər başlayıb. Bu səbəbdən də o, xarici ölkələrin birindən sığınacaq istəmək haqda düşündüyünü qeyd edir. Eyni zamanda ümid edir ki, prezident İlham Əliyev onun haqq səsinə səs verəcək.
Qeyd edək ki, Sabiradab rayonunun icra başçısı Nazim İsmayılovdur. O, bu vəzifəni 2011-ci ilin aprelindən icra edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb -

Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb - FOTOLAR

İqbal Məmmədovun Türkiyədə də şirkəti var-

İqbal Məmmədovun Türkiyədə də şirkəti var- həbs olunan qardaşı oğlunun adınadır

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Prezident 1 fərman, 2 sərəncam imzaladı

Prezident 1 fərman, 2 sərəncam imzaladı

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi:

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi: “SƏDƏRƏK YUSİF”in “DEKA” şirkəti məhkəməyə verildi

Vilayət Eyvazov əsgərlərlə nahar etdi -

Vilayət Eyvazov əsgərlərlə nahar etdi - FOTOLAR

Dava salan deputatın oğluna cinayət işi açıldı-

Dava salan deputatın oğluna cinayət işi açıldı- 3 AYLIQ HƏBS VERİLDİ

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? -

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - AÇIQLAMA

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Cəmi 972 manat vergi ödənilmişdi-

Cəmi 972 manat vergi ödənilmişdi- "Relaks" qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur