Azərbaycanda əczaçılıq sahəsində mühüm yenilik

Xəbərin çap versiyası
Tarix: 11-10-2017, 13:35    |    Xəbər oxunub: 534 dəfə
Azərbaycanda əczaçılıq sahəsində mühüm yenilik


Azərbaycanda tibb sahəsində Cənubi Qafqazda analoqu olmayan çox önəmli bir ilkə imza atılmışdır. Ölkəmizin dərman istehlakçıları indi evlərindən çıxmadan onlara lazım olan dərman vasitələri və tibbi ləvazimatları haradan əldə edəcəkləri ilə bağlı ətraflı məlumat ala biləcəklər.

AFN xəbər verir ki, qısa müddət ərzində böyük marağa səbəb olmuş dermantap.az saytı Azərbaycanda ilk dəfə olaraq bu sahədə yaradılmış elektron xidmət növü kimi həmvətənlərimizin istifadəsinə verilib. Bu xidməti özlüyündə sosial yönümlü layihə kimidə təqdim etmək olar.
Proqram rəhbəri N.İsmayılov, veb proqramçı C.Abdullayev və veb dizayner Ə. Məmmədlidən ibarət müəlliflər qrupu müasir durumu və tələbatı nəzərə alaraq, maraqlı, işlək bir struktur yaradıblar. Sayt ölkə ərazisində olan dərman və dərman vasitələri satışını həyata keçirən aptekləri özündə cəmləşdirir. Sayta giriş həm stasionar kompüterlərdən, həm də telefon və planşetlər vasitəsilə mümkündür. Sayta ilk müraciət zamanı ilkin olaraq sizin yerləşdiyiniz yer haqqında məlumatları almaq üçün müvafiq icazə verilməlidir. Bundan sonra 3 xidmət növü təklif edilir.
- Sizə ən yaxın apteklərin siyahısını əldə etmək imkanı;
- Dərman axtarışını həyata keçirmək;
- Hər hansı dərmanı tapmadığınız təqdirdə sifariş bölməsi vasitəsilə operatorla əlaqə
Ən yaxın apteklərin siyhısı bölməsinə giriş etdiyiniz zaman olduğunuz yerə müvafiq olaraq sizə ən yaxın aptekdən tutmuş ən uzaq aptekə kimi sıralama ilə siyahı təqdim ediləcəkdir. Bu siyahıda aptekin adı, ünvanı, əlaqə vasitələri və ən əsası- bu aptekə getmək üçün xəritə üzərində yol cızılacaq və məsafə haqqında məlumat veriləcəkdir.
Dərman axtarışı bölməsi özündə 18000-ə yaxın dərman, dərman vasitələri, parfümeriya, tibbi ləvazimat və s. haqqında məlumatı özündə əks etdirir. Burada siz dərman vasitəsini həm ticari ada görə, həm də onun tərkibinə görə axtarış edə bilərsiniz. Əhalinin dərman adlarını daha tez axtarması üçün dərman adları beynəlxalq adlarla yanaşı, adi tələffüz qaydasına uyğun da bazaya əlavə edilib.
Dermantap.az saytında yerləşdirilmiş siyahıda Tarif Şurası tərəfindən təsdiq edilmiş dərman qiymətləri də öz əksini tapıb.
Sistem daim onlayn şəkildə yenilənir və avtomatik olaraq apteklərdəki stok sayına uyğun işləyir. Tələbata uyqun olaraq gələcəkdə dermantap.az saytına bir sıra yeni axtarış və xidmət texnologiyalarının əlavə edilməsi nəzərdə də tutulur.

Azərbaycanda əczaçılıq sahəsində mühüm yenilik




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Azərbaycanlı aparıcı:

Azərbaycanlı aparıcı: "Hər an ölə bilərəm"

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı-

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı- Salyanda faciə

Ağdamın icra başçısı məhkəməyə çağrıldı:

Ağdamın icra başçısı məhkəməyə çağrıldı: DƏLƏDUZLUQ İTTİHAMI

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

Diaspor fəalı mükafatlandırıldı

Diaspor fəalı mükafatlandırıldı

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu-

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu- FOTO

Dövlət Komitəsi:

Dövlət Komitəsi: "Könül Kərimovaya qanunsuz torpaq verilib"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur