Vitse-prezidentdən Azad Rəhimova ağır ittihamlar

Xəbərin çap versiyası
Tarix: 11-10-2017, 14:58    |    Xəbər oxunub: 564 dəfə
Vitse-prezidentdən Azad Rəhimova ağır ittihamlar


Azərbaycan Basketbol Federasiyasıyası ciddi problemlərlə üz-üzə qalıb. Keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibovun rəhbəri olduğu qurum fəaliyyətini dayandıra bilər.

Bildirilir ki, basketbol millisinin məşq keçə bilməsi üçün şərait yoxdur və idmançılar maaş ala bilmir. Bu da federasiyada ciddi problemlər yaradıb.

Məsələ ilə bağlı ABF-nin vitse-prezidenti Azər Qədirov unikal.org-a danışıb. O, maddi durumlarının yaxşı olmadığını qeyd edib: "Federasiya nazirlik deyil, fabrik və ya zavod deyil. Nə maaş? Bizim nə pulumuz var, nə də sponsorlarımız. Zallarımızın hamısını söküblər. Birini söküb yerində asfalt çəkdilər. Son iki zalımız vardı, onu da əlimizdən aldılar. Tofiq Bəhramovdakı zalımızı da bizdən aldılar. Məşq keçməyə zallarımız yoxdur. Zallar məktəblər daxilində var. Orada da basketbol oynamaq əlverişli deyil. Avropa Oyunlarınında basketbol yarışlarını Sərhədçi İdman Olimpiya Mərkəzində keçirdik. Ora da bizim deyil. "Gənclik”də Olimpiya Zalını bizə vermişdilər onu da aldılar”.

Federasiyanın vitse-prezidenti zalların nazirlik tərəfindən əllərindən alındığını da bildirib: "Kim alıb? Təbii ki, hamı Gənclər Və İdman Nazirliyinə baxır. Onlar edir. Federasiyanın nəyi var? Biz 5-6 nəfər güclə burada işləyirik. Pulları Nadir müəllim verir, gücü çatan qədər...

Nə milli komandamız var, nə də zalımız. Kişilərdən ibarət yığma komandanı bağlamışıq. Son vaxtlar "3x3”ə oynaya bilirdilər. İslam Oyunlarında legionerlərin də köməkliyi ilə 1-ci yer tuta bildik. İndi nə məşq edə bilirik, nə də respublika çempionatı keçirə bilirik.

Qaçırıq Gənclər və İdman Nazirliyinə ki, zal tapın, biz yerli çempionat keçirək. Bizə verməyə pulları, zalları yoxdur. Özümüzün də imkanımız yoxdur ki, zal tikək. Nazirliyə müraciət edəndə bizə deyirlər, "danışmayın, pulumuz yoxdur”.

Kimə deyək? Kimdir bizə baxan? Nazirlik bizə bir qəpik də pul ayırmır. Nə mənim, nə də rəhbərimiz Nadir Nəsibovun zal tikməyə gücü çatmır. İslamiada ərəfəsi Nadir müəllim öz cibindən legionerlərin gəlməsi üçün, məşq etmələri üçün pul ayırdı”.

Qurum rəsmisi zalların hansı səbəblə əllərindən alınmasına belə cavab verib: "Bunu aidiyyatı qurumdan soruşmaq lazımdır. Elə nazirliyin özündən... Soruşun niyə yığma komanda yoxdur? Bakı birinciliyi niyə keçirilmir? Nazirlik bütün idman növlərinə baxmalıdır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Azərbaycanlı aparıcı:

Azərbaycanlı aparıcı: "Hər an ölə bilərəm"

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı-

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı- Salyanda faciə

Ağdamın icra başçısı məhkəməyə çağrıldı:

Ağdamın icra başçısı məhkəməyə çağrıldı: DƏLƏDUZLUQ İTTİHAMI

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

Diaspor fəalı mükafatlandırıldı

Diaspor fəalı mükafatlandırıldı

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu-

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu- FOTO

Dövlət Komitəsi:

Dövlət Komitəsi: "Könül Kərimovaya qanunsuz torpaq verilib"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur