Jurnalistlər “Azərsun Holdinq”ə məxsus yağ fabrikində olublar

Xəbərin çap versiyası
Tarix: 11-10-2017, 16:20    |    Xəbər oxunub: 627 dəfə
Jurnalistlər “Azərsun Holdinq”ə məxsus yağ fabrikində olublar


“Azərsun Holdinq” media mənsublarını Yağ Fabrikinə dəvət edib. “Azərsun Sənaye Parkı”nda yerləşən Yağ Fabrikində qonaq olan jurnalistlərə əvvəlcə “Azərsun Sənaye Parkı” barədə məlumat verilib, burada Yağ fabrikindən başqa həmçinin Kağızın Təkrar Emalı müəssisəsinin də yerləşdiyi bildirilib.

Daha sonra KİV nümayəndələrini qarşılayan Bakı Qida və Yağ fabrikinin müdiri Şahəddin İbrahimov illik istehsal həcmi 270 min ton olan müəssisə barədə qısa məlumat verib və onları Fabrikin bitki yağların istehsal edildiyi sahəyə dəvət edib. Əvvəlcə qarğıdalı yağının istehsalını müşahidə edən media mənsublarına müəssisənin ən müasir avadanlıqlarla təchiz edildiyi bildirilib. Bundan sonra jurnalistlərə zeytun yağlarının istehsal prosesi nümayiş etdiriıib və istehsal xəttində olan “Zeytun bağları” markasının tam olaraq Abşeron rayonu ərazisindən toplanan yerli zeytundan hazırlandığı qeyd edilib. Bitki yağları ilə bağlı jurnalistlərin suallarını cavablandıran duru yağların istehsalı sahəsinin müdiri Hüseyn Qocamanov daxil olan şikayətlərlə bağlı suala cavab verərkən ən çox rastlaşılan problemin bəzi mağazalarda saxlanma şəraitinin tələblərə cavab vermədiyini bildirib. O, bu məsələyə evlərdə istehlakçılar tərəfindən də ciddi riayət olunmadığını söyləyib və duru bitki yağlarının tələb olunan şəraitdə saxlanılmadıqda keyfiyyətini itirdiyini söyləyib. Bitki yağlarının istehsal prosesi ilə tanışlıq bitdikdən sonra jurnalistlər kərə və spred yağlarının istehsal edildiyi sahəyə keçiblər. Onların kərə yağlarının istehsalı ilə bağlı suallarını cavablandıran mütəxəssislər bu məhsulun Yeni Zellandiyadan idxal edildiyini bildiriblər və “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil etdiyi bildirilib. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarıldığı qeyd edilib. Jurnalistlərin kərə yağının xammal tələbatını daxili istehsal hesabına təmin etmək barədə sualına cavab verən “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bunun çox baha başa gəldiyini söyləyib. O Yeni Zellandiyanın iqlim şəraitinin daha münbit olduğunu və süd məhsullarının yağlılıq dərəcəsinin əksər dünya ölkələrindən qat-qat çox olduğunu

bildirib. Bunun nəticəsi olaraq həmin ölkədə kərə yağının əldə olunması digər ölkələrdən dəfələrlə ucuz başa gəlir. “Azərsun Holdinq” tərəfindən keyfiyyəti beynəlxalaq sertifikatlarla təsdiq edilmiş kərə yağları idxal edilərək tərkibinə heç bir dəyişiklik edilmədən müxtəlif çəkilərdə qablaşdırılaraq “Best Cow”, “Wellington” markaları ilə istehlakçılara təklif edildiyi bildirilib. İstehsal sahəsi ilə tanışlıqdan sonra jurnalistlərə rafinasiya sahəsi nümayiş etdirilib və müəssisəyə daxil olan xammalın müasir avadanlıqlarla təchiz edilmiş bu sahədə zəruri yoxlamalardan keçərək yad maddələrdən təmizləndiyi qeyd edilib. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə Yağ fabrikində də “Azərsun Holdinq”in digər müəssisələrində olduğu kimi keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi gün ərzində, istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi bildirilib. Bundan başqa laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğu qeyd edilib. Laboratoriya ilə tanışlıq bitdikdən sonra jurnalistləri maraqlandıran suallara “Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirilmə direktorluğunun yağ məhsulları üzrə baş mütəxəssisi Tural Babayev cavab verib. O, ilk olaraq insan orqanizminin həm bitki həm kərə yağına ehtiyac duyduğunu bildirib və bunlardan birinin imtinasının və ya aşırı istifadəsinin insan sağlamlığı üçün zərərli olduğunu bildirib. Jurnalistlərin palma yağı barədə sualını cavablandıran mütəxəssis bu mövzuda çoxlu sayda miflərin formalaşdığını bildirib. Tural Babayev dünyanın ən məşhur markalarının belə bu məhsuldan istifadə etdiyini və dünyanın əksər ölkələrində palma yağından istifadəyə heç bir məhdudiyyətin tətbiq edilmədiyini bildirib. Mütəxəssis bu yağın təbii halda bərk formada olmasının da ona əlavə üstünlüklər qazandırdığını qeyd edib. Digər bitki yağları duru formada olduğu üçün onların bərkləşdirilməsi bəzən kimyəvi müdaxilə nəticəsində mümkün olur ki, bu da yağın tərkibində insan sağlamlığı üçün olduqca zərərli transyağların əmələ gəlməsinə səbəb olur. Tural Babayev “Azərsun Holdinq” tərəfindən istehsal olunan heç bir yağın tərkibində trans yağların olmadığını bildirib və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyini qeyd edib.

Qeyd edək ki, “Azərsun Sənaye Parkı”nda 2014-cü ildə istismara verilmiş Yağ Fabrikində məhsullar insan əli dəymədən tam avtomatlaşdırılmış avadanlıqlarla istehsal edilir. Müəssisənin istehsal həcmi isə ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur.

Jurnalistlər “Azərsun Holdinq”ə məxsus yağ fabrikində olublar

Jurnalistlər “Azərsun Holdinq”ə məxsus yağ fabrikində olublar




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi-

Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi- FOTOLAR

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib- FOTOLAR

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Tovuzda araqdan zəhərlənən 52 yaşlı kişi öldü

Tovuzda araqdan zəhərlənən 52 yaşlı kişi öldü

Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib-

Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur