Aqrar universitetdə bıçaqlanma hadisəsi baş verməyib


Aqrar universitetdə bıçaqlanma hadisəsi baş verməyib


Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı saytlarda əsası olmayan və ya dəqiqləşdirilməyən xəbər yayılıb.



Yayılan xəbərdə bildirilib ki, Universitetin Sənan adlı müəllimi kabinetində bıçaqlanıb.

ADAU-nun mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilib ki, ADAU-da Sənan adlı müəllim işləmir və yayılan xəbərin təhsil müəssisəsi ilə heç bir əlaqəsi yoxdur. Xəbər Report.az saytına istinadən yayılıb və sayt həqiqətibiləndən sonra xəbərinə düzəliş edib. Bir daha bildirilir ki, Aqrar universitetin Sənan adlı müəllim yoxdur və burada bıçaqlanma hadisəsi baş verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu