Gömrük komitəsinin səlahiyyətləri artırıldı


Gömrük komitəsinin səlahiyyətləri artırıldı


Nazirlər Kabineti “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”na dəyişiklik edib.



İndiyə qədər Dövlət Gömrük Komitəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununda göstərilən şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması və ilkin çıxış məntəqəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda göstərilən dövlət (ərazi) olan valyuta sərvətlərinin hər hansı şəxs tərəfindən Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması barədə məlumatları dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməli idi. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilir və dərc olunur. Eyni zamanda həmin dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatlar barədə məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunmalıdır.

Dəyişikliyə əsasən bundan sonra Dövlət Gömrük Komitəsi valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu