Torpaq fondunun istifadəsi ilə bağlı işgüzar forum keçirilib

Xəbərin çap versiyası
Tarix: 12-10-2017, 13:03    |    Xəbər oxunub: 512 dəfə
Torpaq fondunun istifadəsi ilə bağlı işgüzar forum keçirilib


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirləri gücləndirilir, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi təmin edilir. Əmlak Məsələləri Dövlət Komitəsi fərmana uyğun olaraq mühüm işlər həyata keçirir.



Komitə, torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili, müasir yanaşmalarla torpaq inzibatçılığının reallaşdırılması, beynəlxalq təcrübədən yararlanaraq torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması istiqamətində ardıcıl tədbirlər görür. Belə tədbirlərdən biri də regionlarda keçirilən maarifləndirici İşgüzar Forumlardır.
Növbəti belə bir maarifləndirici İşgüzar Forum oktyabrın 12-də Xaçmazda baş tutub. Tədbir yerli icra hakimiyyəti nümayəndələrinin, bələdiyyələrin, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, iri torpaq mülkiyyətçilərinin və KİV nümayəndələrinin maarifləndirilməsi məqsədilə keçirilib. Növbəti belə bir tədbir isə Siyəzəndə təşkil olunacaq.
Tədbirin məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyəti qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı qarşılıqlı əlaqənin təmin edilməsidir. Eyni zamanda torpaqların istifadəsi ilə bağlı yaranan hüquq və vəzifələri agah etmək, torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə əlaqədar yaranan məsələlər barəsində maarifləndirmək əsas vəzifələrdəndir.
Xaçmaz rayonunun həm kənd təsərrüfatının həmdə turizmin inkişafı baxımından torpaqda səmərəli istifadənin təşkili, torpaqların kateqoriyalarına uyğun olaraq dəyərləndirilməsi vacib məsələlərdəndir. Ümumilikdə isə ölkə üzrə bu prosesin həyata keçirilməsi, torpaqların məhsuldarlığının artırılması iqtisadi aktivliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələlərə toxunulub. Qeyd edilib ki, kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili əsas şərtlərdəndir. Bununla yanaşı həmin torpaqların təyinatına uyğun istifadəsi də vacib məsələlərdəndir. Nəzərə alsaq ki, Xaçmaz rayonunun münbit torpaq potensialı xeyli genişdir, bu zaman kənd təsərrüfatı torpaqlarının səmərəli və təyinatına uyğun istifadəsi ön plana keçir. Belə olan halda rayonda aqrar sahənin inkişafı daha da artırılacaq.
Tədbirdə Komitə nümayəndəsi “Torpaq idarəçiliyi və inzibatçılığının prinsipləri, bu sahədə tətbiq olunan yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə torpaq idarəçiliyinin, torpaq bazarının təşkili daha da müasirləşib. Vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi bildirilib, torpaqların təyinatının dəyişdirilməsi qaydaları izah edilib. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan torpaqlar icarəyə verilə bilməz. Torpaq idarəçiliyində yaranan qanunpozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub. Vurğulanıb ki, Xaçmaz rayonun Xəzər dənizi sahilində yerləşən hissəsinin istifadəsində qanunvericilik tələblərinin qorunması ilə bağlı nəzarət tədbirləri görülür. Bildirilib ki, sahilboyu 20-50 metrlik hissədə olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq üzrə inzibati tənbeh tədbirləri tətbiq olunur, cinayət əməlləri aşkar edilmiş müvafiq hal üzrə sənədlər aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilir.
Diqqətə çatdırılıb ki, forumun keçirilməsi Komitənin torpaqla bağlı fəaliyyətinin icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkilində mühüm əhəmiyyət kəsb edir. Belə forumların keçirilməsi müxtəlif istiqamətlərdə əməkdaşlığın reallaşdırılmasına, bu işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır.
Bildirilib ki, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi, vahid torpaq idarəçiliyinin həyata keçirilməsi üçün bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bazasının yaradılması istiqamətində də işlər aparılır. Ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır.
Komitə digər tərəfdən torpaqların düzgün istifadəsini təmin edən, aqrar sahənin inkişafına təkan verən “Aqropark”ların yaradılması istiqamətində də işlər həyata keçirir. Belə ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə səmərəsiz istifadə olunan torpaqların istifadə vəziyyəti təhlil edilərək geri alınır, təyinatı dəyişdirilir.
Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib və zəruri izahatlar verilib. Komitə tərəfindən belə maarifləndirici İşgüzar Forumlar Qazax, Ağdaş, Oğuz, Şamaxı, Cəlilabad, Salyan ,Quba, Zaqatala, Qəbələ, Tovuz, Bərdə, Lənkəran, Biləsuvar rayonlarında artıq keçirilmişdir.

Torpaq fondunun istifadəsi ilə bağlı işgüzar forum keçirilib
Torpaq fondunun istifadəsi ilə bağlı işgüzar forum keçirilib
Torpaq fondunun istifadəsi ilə bağlı işgüzar forum keçirilib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Azərbaycanlı aparıcı:

Azərbaycanlı aparıcı: "Hər an ölə bilərəm"

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı-

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı- Salyanda faciə

Ağdamın icra başçısı məhkəməyə çağrıldı:

Ağdamın icra başçısı məhkəməyə çağrıldı: DƏLƏDUZLUQ İTTİHAMI

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

Diaspor fəalı mükafatlandırıldı

Diaspor fəalı mükafatlandırıldı

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu-

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu- FOTO

Dövlət Komitəsi:

Dövlət Komitəsi: "Könül Kərimovaya qanunsuz torpaq verilib"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur