Ramin Hacılıya hökm oxundu

Xəbərin çap versiyası
Tarix: 12-10-2017, 17:35    |    Xəbər oxunub: 524 dəfə
Ramin Hacılıya hökm oxundu


Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



APA-nın xəbərinə görə, məhkəmədə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Ramin Hacılıya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Digər təqsirləndirilən şəxslər - Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov barəsində 2 il müddətinə icbari iş təyin olunub.

Cinayət işinin başlanmasına səbəb kimi Hacılı Ramin Rasim oğlunun ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

İttihama görə, ABŞ-a getməyə viza almaq üçün ona müraciət etmiş şəxslərin adlarına iş yerləri və yüksək əmək haqqı almaları barədə hüquq verən rəsmi arayışlar saxtalaşdırılmaqla hazırlanıb.

Daha sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov cəlb olunublar.

Məlum olub ki, R. Hacılı tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla, qanunsuz hazırlama və satma barədə Qismət Məmmədovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. R. Hacılı "Azərbaycan Avropa Hərəkatı" adlı qeyri-hökumət təşkilatının sədri olduğu halda, ABŞ-a viza almaq istəyən Q. Məmmədova özünü vətəndaşların viza alınması məsələlərinə xidmət göstərən "Elend Educational And Travel Agency" Məsud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

O, 2 noyabr 2016-cı ildə Qismət Məmmədovun adına "Ustop" geyim mağazasının sahibi olması və aylıq əmək haqqının 3200 manat təşkil etməsi barədə həqiqətə uyğun olmayan rəsmi sənəd hesab edilən arayış tərtib edib. Cəmiyyətin adından ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinə ünvanlanmış 18 noyabr 2016-cı il tarixli 096 nömrəli müşayiət məktubunu saxtalaşdırıb qanunsuz hazırladıqdan sonra həmin saxta məktubu 2 noyabr 2016-cı il tarixli saxta arayışla birlikdə əvvəlcədən aldığı 100 manat pul müqabilində Qismət Məmmədova satıb.

Eyni məzmunlu əməllərin yuxarıda adı keçən digər şəxslərlə birlikdə də törədildiyi bildirilib.

Qeyd edək ki, hökm bir müddət əvvəl elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanlı aparıcı:

Azərbaycanlı aparıcı: "Hər an ölə bilərəm"

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı-

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı- Salyanda faciə

Ağdamın icra başçısı məhkəməyə çağrıldı:

Ağdamın icra başçısı məhkəməyə çağrıldı: DƏLƏDUZLUQ İTTİHAMI

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

Diaspor fəalı mükafatlandırıldı

Diaspor fəalı mükafatlandırıldı

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu-

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu- FOTO

Dövlət Komitəsi:

Dövlət Komitəsi: "Könül Kərimovaya qanunsuz torpaq verilib"

Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur