"NLT Telecom"da görünməmiş özbaşınalıq: tanınmış jurnalis DİN-ə və İN-ə müraciət etdi

Xəbərin çap versiyası
Tarix: 12-10-2017, 16:17    |    Xəbər oxunub: 589 dəfə
"NLT Telecom"da görünməmiş özbaşınalıq:


Tanınmış jurnalist, "CBC Sport" kanalının idman şərhçisi Pərviz Musayev "NLT Telecom" mağazalar şəbəkəsindən narazılıq ifadə edib.

AFN xəbər verir ki, jurnalist bu ilin yanvar ayında "NLT Telecom" mağazalar şəbəkəsinin Fəvvarələr Meydanı 6 ünvanında yerləşən 2 saylı satış mağazasından şəxsi istifadə üçün 1299 AZN-ə 64 GB tutuma malik “iPhone 6S” smartfonu aldığını və 2 gün öncə, oktyabrın 10-da telefonun şəbəkəsində problem yarandığını deyib. Bildirib ki, yaranmış problemlə əlaqədar "Azercell" Müştəri Xidmətlərinə müraciət edib, oradan bildirirlib ki, problem sırf telefondan qaynaqlanır: "Telefonu aldığım “NLT Telecom 2” mağazasına yollandım. Telefonun İMEİ kodu yoxlandıqdan sonra mağazanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: “Sizin telefon kredit borcuna görə bloklanıb”. Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi - mənim onlardan aldığım smartfon Azercell şirkətinin “kampaniya” telefonu olub. (https://www.azercell.com/az/news/show/612/) Yəni hər hansı bir fiziki şəxs "Azercell"dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və “zəncirvari” proseslə bu telefon “NLT Telecom”a gəlib çıxıb, ordan da mənə satılıb. Öz növbəsində "Azercell" şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu “bloklayıb”. "Azercell" Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə “blok”dan çıxarıla bilər.

Qeyd etmək istəyirəm ki, bundan öncə özüm və ailə üzvlərim üçün bütün telefonları məhz “NLT Telecom”dan almışam və heç vaxt bu cür problemlərlə qarşılaşmamışam. Yeri gəlmişkən, son telefonu aldığımda tələb etsəm də, mənə zəmanət kartı təqdim olunmayıb.

“NTL Telecom 2”nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə yaranmış problemə görə də onların məsuliyyət daşıdığını bildirdim. O isə məni smartfonun "Azercell"in “kampaniya telefonu” olduğunu bilmədiyini, onu Rza adlı distribütordan aldığını və bloklanmanın da məhz "Azercell" tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı. Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu – ya telefonun “plata”sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb üstünə əlavə pul qoymaqla məhz onlardan başqa telefon alım.

Təbii ki, onun bu təkliflərindən imtina edərək mənə dəyən maddi zərərin əsas səbəbkarı kimi məhz “NLT Telecom” məsuliyyət daşıdığını bildirdim və məsələnin hüququ çərçivədə həll olunması üçün aidiyyatı orqanlara müraciət edəcəyimi dedim. Qarşı tərəf isə müxtəlif qeyri-qanuni yollarla onların dükanına gəlib çıxan və müştərilərə satılan problemli telefonlara görə bir daha heç bir məsuliyyət daşımadığını bildirdiyi üçün Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldim. Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur