Salyan şəhərinin “meri” işdən çıxarılıb


Salyan şəhərinin “meri” işdən çıxarılıb


Salyan Rayon İcra Hakimiyyəti başçısın Salyan Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Kamil Əzizov tutduğu vəzifədən azad olunub. O, Salyan şəhəri “Yaşıllaşdırma” MMC-yə direktor təyin olunub.



Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 62 yaşlı “mer” bu vəzifəyə 2012-ci ildə Salyan RİH-in o zamankı başçısı Tahir Kərimov tərəfindən təyin olunmuşdu.

Qeyd edək ki, Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Salyan rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilən audit yoxlamaları zamanı ciddi maxinasiyalar və dövlət vəsaitlərinin mənimsənilməsi faktlarını üzə çıxarmışdı.

Hesablama Palatasının Kollegiyası isə yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə alaraq, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdi. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Salyan rayon İcra Hakimiyyətinə göndərilmişdi. Auditin nəticələri ilə bağlı Milli Məclisə də məlumat verilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu