Yeni energetika naziri təqdim edildi: Pərviz Şahbazovdan açıqlama

Xəbərin çap versiyası
Tarix: 13-10-2017, 17:29    |    Xəbər oxunub: 581 dəfə
Yeni energetika naziri təqdim edildi:


Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu Energetika Nazirliyinin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib.

Nazirlikdən verilən məlumata görə, Ə.Əsədov P.Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. Enerji sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş energetika naziri P.Şahbazov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. P.Şahbazov Azərbaycan Neft Akademiyasının məzunu olması, diplomatiya sahəsindəki 20 ildən artıq fəaliyyəti barədə ətraflı məlumat verərək, bu müddət ərzində xaricdə Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib.

O, enerji siyasətinin xarici istiqamətlə yanaşı, geniş daxili seqmentlərə də malik olduğunu diqqətə çatdıraraq, ölkədə energetika sektorunun qloballaşma dövrünün tələblərinə uyğun inkişafı və bu sahədə beynəlxalq təcrübənin tətbiqinin zəruriliyini vurğulayıb. Qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinin isə sıx əməkdaşlıq münasibətləri ilə mümkünlüyünü bildirib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev iştirak ediblər.

Qeyd edək ki, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə Azərbaycan Prezidentinin 12 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təyin edilib.

Yeni energetika naziri təqdim edildi:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident “Fəxri Fərmanla” təltif etdiyi Xəyal Əhmədov erməni idmançını belə nakaut edib-

Prezident “Fəxri Fərmanla” təltif etdiyi Xəyal Əhmədov erməni idmançını belə nakaut edib- VİDEO

Lider TV-nin canlı efirində deputata savadsız dedilər-

Lider TV-nin canlı efirində deputata savadsız dedilər- VİDEO

"Türk səddi"nin 781 kilometri tamamlanıb

Bioloji Təbabət Klinikasından jurnalistlərə

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM-50 faiz güzəşt

Dekabrın 30-da hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Dekabrın 30-da hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Nərimanovda Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Tələbə Kuboku” mini futbol turniri keçirilib

Nərimanovda Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Tələbə Kuboku” mini futbol turniri keçirilib

Çovdarovun

Çovdarovun "krışası" altında 43 mənzili təkrar satıb- İndi özünü zərərçəkən kimi təqdim edir

MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Moskvaya toplaşırlar

MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Moskvaya toplaşırlar

28 ölkədə 97 jurnalist həlak olub

28 ölkədə 97 jurnalist həlak olub

Bayramdan sonra dizel yanacağı bahalaşa bilər

Bayramdan sonra dizel yanacağı bahalaşa bilər

Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi?

Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi?

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur