"Unibank" sahibkarı müflis edir: intihara cəhd+FOTO

Xəbərin çap versiyası
Tarix: 13-10-2017, 18:25    |    Xəbər oxunub: 614 dəfə
"Unibank" sahibkarı müflis edir:


İsmayıllı rayonunda yaşayan və kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov “Unibank”KB ASC-nin fəaliyyətindən və hərəkətlərindən cana doyaraq intihara cəhd edib. Belə ki, ötən gün səhər saat 05:00 radələrində Namət Əsgərov qol nahiyəsinin kəsilməsi ilə İsmayıllı Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Adı çəkilən şəxsə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

İsmayıllı rayon polis şöbəsindən faktı təsdiqləyiblər. Polis şöbəsinin tədqiqatçısı Səfa Əsgərov bildirib ki, Namət Əsgərov kredit borcunu ödəyə bilmədiyinə görə özünü öldürməyə cəhd edib. Onun sözlərinə görə, hazırda İsmayıllı Rayon Prokurorluğunda istintaq işi davam etdirilir.

Qeyd edək ki, İsmayıllı rayonunda yaşayan və kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov “Unibank”dan götürdüyü 95000 dollar kreditlə öz kiçik obyektini genişləndirib, yeni iş yerləri açıb. Birinci devalvasiyaya qədər ödənişləri tam gecikməsiz ödəyib, birinci devalvasiyadan sonra "Unibank"ın təklifinə əsasən yeni qaydada ödənişləri həyata keçirib. İkinci devalvasiyadan sonra "Unibank" sahibkara heç bir güzəşt tətbiq etməyib, əksinə, Namət Əsgərovun güzəşt və ya yeni şərtlərlə müqavilənin uzadılması təklifinə bank rəhbərliyi heç bir münasibət bildirməyib. Bank sahibkarın şifahi və yazılı müraciətlərinə rəğmən Namət Əsgərovu – borclunu məhkəməyə verib, borcun girovda olan evlərə (qeyd edək ki, 95000 dollar kredit götürmək üçün N.Əsgərov "Unibanka" 3 ev girov qoyub-öz evi, bacısının evi və digər qohumunun evi) və yeganə gəlir mənbəyi olan obyektinə yönəldilməsini tələb edib.
Mövzunu davam etdirəcəyik.(azxeber.com)

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

"Unibank" sahibkarı müflis edir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türk azarkeşlərdən “Qarabağ”a

Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

"Baku Electronics"dən müştəriyə onlayn satışda kələk

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

“Barselona” Arda Turanı satmaq istəyir

“Barselona” Arda Turanı satmaq istəyir

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Müdafiə nazirindən qoşunlara tapşırıq

Müdafiə nazirindən qoşunlara tapşırıq

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur