Avropa İttifaqı Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi


Avropa İttifaqı Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi


Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Aİ-nin siyasi məsələlər və təhlükəsizlik üzrə komitəsinin qərarı ilə bu vəzifəni estoniyalı diplomat Tayvo Klaar icra edəcək.

Qeyd edək ki, Klaar 2013-2014-cü ildə Gürcüstanda Aİ Müşahidəçilər Missiyasının (EUMM) rəhbəri olub.

O, 2012-ci ilin martından Gürcüstandakı missiyasına qədər isə Avropa Xarici Əlaqələr Servisində (EEAS) insan resursları sahəsində siyasət və koordinasiya şöbəsinin rəisi olub.

Buna qədər isə Klaar prezident Lennar Merinin xarici məsələlər üzrə müşaviri, XİN-də siyasi məsələlər və Aİ işləri üzrə baş direktor, həmçinin müdafiə nazirinin müşaviri də olmaqla Estoniyada bir sıra vəzifələr tutub.

Klaar Harvard Universiteti Con F. Kennedi hökumət məktəbində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.

Xatırladaq ki, buna qədər Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Almaniyalı deputat Herbert Salber idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu