Leyla Yunus Azərbaycana Suriyadakı vəziyyəti arzuladı


Leyla Yunus Azərbaycana Suriyadakı vəziyyəti arzuladı


Azərbaycandan kənardakı fəaliyyətini sırf ölkəmizə qarşı təxribat və düşmənçiliyə sərf edən "hüquq müdafiəçisi" Leyla Yunus bu günlərdə daha bir ermənipərəsət mövqe sərgiləyib.



AFN-in newscenter.az-a istinadən xəbərinə görə, Çexiyanın paytaxtı Praqada ənənəvi olaraq keçirilən "Forum-2000" toplantısında çıxış edən Leyla Yunus Qərb dövlətlərinə müraciət edərək onları Azərbaycana qarşı "Suriya praktikasını" tətbiq etməyə çağırıb. Leyla Yunusun məntiqindən belə çıxıb ki, Qərb Suriyada olduğu kimi Azərbaycanda da müxtəlif qruplaşmaları silahlandırıb ölkədə vətəndaş müharibəsinə rəvac verməlidir.
Qeyd edək ki, Praqada keçirilən tədbirin təşkilatçısı anti-Azərbaycan şəbəkəsinin fəal fiqurlarındna biri kimi tanınan PİN təşkilatıdır. Sözügedən təşkilat Çexiyadakı erməni diasporundan maliyyə alır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu