Azərbaycanda liberal hava nəqliyyatı yaradılır

Xəbərin çap versiyası
Tarix: 17-10-2017, 20:10    |    Xəbər oxunub: 537 dəfə
Azərbaycanda liberal hava nəqliyyatı yaradılır


Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Azərbaycan Respublikasının Turizm Şurası nəzmində Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupu yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, işçi qrupunun yaradılmasında əsas məqsəd hədəf ölkələrlə gediş-dönüş hava nəqliyyatı xidmətləri üzrə müxtəlif liberallaşdırma mexanizmlərinin təhlil olunması, ölkənin aviasiya qanunvericiliyinin zəruri hallarda Avropanın aviasiya qanunvericiliyinə uyğunlaşdırılması, Bakı şəhərinin marketinq və kommunikasiya planı əsasında hədəf ölkələrdən turistlərin həftəsonu Bakıya daha rahat səfərinin təşkili və gözləntilərinin daha yaxşı qarşılanması üçün mövcud uçuş cədvəllərinin optimallaşdırılması, ölkə və regionların liberallaşdırılmış hava xidməti sazişinə daxil edilməsi məsələsinə dair təkliflərin hazırlanması və bu sahə üzrə digər mühüm məsələlərin həllidir.

Bununla əlaqədar olaraq, bu gün İşçi Qrupunun növbəti toplantısı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin və Azərbaycan Konqreslər Bürosunun İşçi Qrupa üzv nümayəndələri iştirak etmişlər.

Görüşdə ölkəmizdə mövcud hava limanlarına yerli və xarici aviaşirkətlər tərəfindən edilən uçuşlar, yaxın gələcəkdə fəaliyyətə başlayacaq yeni hava əlaqələri, Avropa İttifaqı ilə Azərbaycan arasında ortaq hava məkanı sazişinin layihəsinin mövcud vəziyyəti və digər məsələlər müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Jurnalistlər karnavala hazırlaşır-

Jurnalistlər karnavala hazırlaşır- AZƏRBAYCANDA İLK

Kurtua:

Kurtua: "Qarabağ"la oyun çətin olacaq"

Mənsimovdan sərt cavab

Mənsimovdan sərt cavab

Deputatdan Elman Rüstəmova irad:

Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır”

Əli Məsimli:

Əli Məsimli: "Qiymət artımının yarıdan çoxu monopoliyanın törətdiyi süni qiymət artımıdır"

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Hikmət Babaoğlu:

Hikmət Babaoğlu: “Dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə ciddi dəstək verməlidir”

“AzSigorta”da kütləvi ixtisarlar

“AzSigorta”da kütləvi ixtisarlar

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur