“AtaTravel” MMC Nar bayram festivalına tur keçirir


“AtaTravel” MMC Nar bayram festivalına tur keçirir


“AtaTravel” MMC 4 noyabr tarixində Göyçayda keçiriləcək XII Nar bayramına tur təşkil edir. Bir nəfər üçün turun qiyməti 20 AZN təşkil edir. Qiymətə komfortlu nəqliyyat, səhər yeməyi, ekskursiyalar, tur rəhbəri, peşəkar fotoçəkiliş, yolboyu əyləncəli oyunlar və hədiyyələr daxildir. Həmçinin, tur iştirakçılarına 1 kq nar və digər hədiyyələr təqdim ediləcək. Sərbəst vaxtda Çərəkə kəndinin Çərəkə gölünə ekskursiya keçiriləcək.



Qeyd edək ki, Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən Gülövşə, Vələs, Balamürsəl, Şirinnar, Tumsuz nar və digər nar nar növləri və onlardan hazırlanmış məhsullar sərgidə nümayiş etdiriləcək. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə olunur. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurun.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu