8 yaşlı uşağın əməliyyat zamanı ürəyi dayandı- Həkim səhlənkarlığı, yoxsa...

Xəbərin çap versiyası
Tarix: 18-10-2017, 16:51    |    Xəbər oxunub: 299 dəfə
8 yaşlı uşağın əməliyyat zamanı ürəyi dayandı-


Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində ölüm hadisəsi baş verib.

Valideynləri bu hadisənin həkim səriştəsizliyi ucbatından olduğunu iddia edirlər. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən 8 yaşlı Kərimova Şölə Sübhan qızı əməliyyat aparılmazdan öncə katater qoyulması üçün anestezloqun verdiyi narkozdan sonra həyatını itirdiyi bildirilir. Valideynlərinin verdiyi xəbərə görə, 8 yaşlı Şölə Səhiyyə Nazirliyinin göndərişi ilə bu xəstəxanada pulsuz müalicəyə gətirilib: “Həkim Eldar Əliyev əvvəldən müalicənin pulsuz həyata keçirildiyini bildiyi üçün bizimlə kobud rəftar edirdi. Sonra da körpəni əməliyyata götürdülər ki, daimi katater qoysunlar. Uşağın ürəyini yoxlamadan ona narkoz veriblər. Elə o anda da uşaq keçinib”.

Məsələ ilə bağlı sözügedən xəstəxananın baş həkimi Yusif Əliyev açıqlama verərək bildirib ki, ölüm hadisəsi həkim səhvi ucbatından baş verməyib: “Belə xəstələr çox ağır qrup xəstələr hesab olunurlar. Böyrək çatışmazlığı çox ciddi bir xəstəlikdir və uşaqlarda çox az rast gəlinir. Xəstə bütün müayinələrdən keçib və mənim sifarişim əsasında Səhiyyə Nazirliyindən permanent katater gətirilib. Əməliyyatı Tibb elmləri namizədi, etibarlı mütəxəssis, böyük elmi işçi və Moskvada permanent katater qoyulmasının kursunu keçib sertifikatı olan bir insan, Eldar Əliyev edib. Ümumiyyətlə permanent katater qoyulması açıq ürək əməliyyatından da riskli bir əməliyyatdır. Ona görə də bizdə permanent kateter anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri gözünün qarşısında olur. Katateri yeridəndə ürəkdə fibrilyasiya olub və ürək dayanıb, aparılan reanimasyon tədbirlər isə heç bir nəticə verməyib. Dünya statistikasında da 3-5 faiz hallarda permanent katater qoyulmasında ölüm riski var”.

Qeyd edək ki, Ş. Kərimova Sumqayıt şəhərində yaşayırdı.

Mərhum bu gün dəfn olunub. (xeberle.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Makedoniya Türk Hərəkat Partiyasının lideri:

Makedoniya Türk Hərəkat Partiyasının lideri: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”

Dəmiryolu vağzalındakı

Dəmiryolu vağzalındakı “TASTE” restoranında “MTN izi”-milyardların söhbəti

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Həbsdəki müstəntiq ata oldu

Həbsdəki müstəntiq ata oldu

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Azərbaycan OPEC-in iclasına dəvət olunub

Azərbaycan OPEC-in iclasına dəvət olunub

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

İlham Əliyev FIFA prezidentini qəbul edib

İlham Əliyev FIFA prezidentini qəbul edib

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur