Çingiz Abdullayevin məhkəməsi oktyabrın 27-nə təyin edildi


Çingiz Abdullayevin məhkəməsi oktyabrın 27-nə təyin edildi


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Tamella Nəsrullayeva sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.



Məhkəmə baxışı oktyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Ç.Abdullayev Cinayət Məcəlləsinin 5 maddəsi üzrə ittiham irəli sürülüb. Cinayət işi üzrə bir müddət əvvəl Ç.Abdullayevin oğlu Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdulov və Tural Qasımov mühakimə olunub. Onların hər birinin barələrində məhkəmə qərarı ilə hökm çıxarılıb.

Adıçəkilən şəxslər Bakı şəhər sakini T.Zülfüqarova məxsus 3 milyon 400 min dolları dələduzluq yolu ilə ələ keçiriblər.

Ç.Abdullayev xaricdə olduğu üçün axtarışa verilib və bir müddət öncə Qazaxıstanda tutularaq Azərbaycana gətirilib.

G.Abdulov isə L.Abdullayevin qaynıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu