Qənirə Paşayeva 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresində çıxış edib

Xəbərin çap versiyası
Tarix: 20-10-2017, 16:45    |    Xəbər oxunub: 553 dəfə
Qənirə Paşayeva 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresində çıxış edib


Millət vəkili Qənirə Paşayeva 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresində çıxış edib. AFN xəbər verir ki, o, çıxışında Azərbaycan və Türkiyədən olan elm adamlarına və aydınlara çağırış edib.

Bakı Avrasiya Universiteti, Türkiyənin Pamukkale Universiteti və Anadolu Mədəni Araşdırmalar Dərgisi tərəfindən təşkil olunan konqresin açılışında millət vəkili Q.Paşayeva "Qarabağ problemi və Türk dünyası" mövzusunda geniş məruzə ilə çıxış edib və bu cür tədbirlərin vacibliyini xüsusi vurğulayıb. "Ortaq tariximizi, mədəniyyətimizi uşaqlarımıza çox kiçik yaşlardan öyrətməliyik",- deyən millət vəkili bildirib ki, bütün Türk dövlət və toplumlarında orta məktəblərdən başlayaraq universitetlərdə ortaq Türk tarixinin oxudulmasına böyük ehtiyac var və Türk dövlət və toplumları, onların aydınlarını bu məsələyə daha böyük diqqət yetirməyə çağırıb. "Bizim birliyimizə, onun güclənməsinə çox böyük ehtiyac var",- deyən millət vəkili Q.Paşayeva bildirib ki, ortaq tariximizin, mədəniyyətimizin gənclərimizə daha geniş öyrədilməsi istiqamətində çalışmaları daha da artırmağa böyük ehtiyac var."Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, - deyə millət vəkili bildirib. Bu məsələdə hər bir türk insanının üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva “harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi, həqiqətlərimizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”. Ortaq tariximizin yazılıb bütün Türk dövlət və toplumlarında gənclərə öyrədilməsinə, həqiqətlərimizin öz aramızda daha geniş yayılmasına böyük ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva ziyalılara müraciət edərək “sizin, bizim, buradakı və ölkələrimizdəki, toplumlarımızdaki aydınların üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür və biz hamımız bu istiqamətdə daha çox işləməliyik” deyib. Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin Azərbaycan və Türkiyə əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib. Millət vəkili Q.Paşayevaya 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqressinin təşkilatçıları olan Bakı Avrasiya Universiteti, Türkiyənin Pamukkale Universiteti və Anadolu Mədəni Araşdırmalar Dərgisi adından Konqressin işinə veridyi qatqısından dolayı təşəkkürnamə və mükafat təqdim edilmişdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Makedoniya Türk Hərəkat Partiyasının lideri:

Makedoniya Türk Hərəkat Partiyasının lideri: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”

Dəmiryolu vağzalındakı

Dəmiryolu vağzalındakı “TASTE” restoranında “MTN izi”-milyardların söhbəti

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Həbsdəki müstəntiq ata oldu

Həbsdəki müstəntiq ata oldu

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Azərbaycan OPEC-in iclasına dəvət olunub

Azərbaycan OPEC-in iclasına dəvət olunub

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

İlham Əliyev FIFA prezidentini qəbul edib

İlham Əliyev FIFA prezidentini qəbul edib

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur