“Qəbul imtahanı bir neçə dəfə keçiriləcək”- Məleykə Abbaszadə

Xəbərin çap versiyası
Tarix: 20-10-2017, 15:57    |    Xəbər oxunub: 562 dəfə
“Qəbul imtahanı bir neçə dəfə keçiriləcək”-


2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrində valideynlər və şagirdlərlə görüş keçiriləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanlarını yeni model əsasında veriblər, onların müəyyən qədər təcrübəsi var:

“Amma bununla yanaşı, onların da müəyyən sualları olur. İki ildən sonra yeni formada buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçün maarifləndirmə işi bütün regionlarda aparılacaq”, - deyə M.Abbaszadə bildirib.

DİM rəhbər bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək: “Bu il X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsi də nəzərdə tutulub. Onlar üçün sınaq imtahanları yalnız X sinfin proqramı çərçivəsində hazırlanacaq. Yeni imtahan modelinin tətbiqindən əvvəl bir neçə dəfə sınaq və monitorinq imtahanı keçirəcəyik ki, indi X sinifdə oxuyanların hansı səviyyədə olduğunu, onlardan XI sinifdə nəyi soruşa biləcəyimizi və bu suallara hansı səviyyədə hazırlaşdıqlarını müəyyənləşdirək”.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri tərəfindən diqqətlə dinlənilib.

Müraciətlər əsasən ümumi orta və tam orta təhsil bazasında orta ixtisas, habelə ali təhsil müəssisələrinə qəbulla bağlı və magistratura pilləsinə aid olub. Bir sıra müraciətlər yerindəcə öz həllini tapıb, bəzi müraciətlər barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Makedoniya Türk Hərəkat Partiyasının lideri:

Makedoniya Türk Hərəkat Partiyasının lideri: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”

Dəmiryolu vağzalındakı

Dəmiryolu vağzalındakı “TASTE” restoranında “MTN izi”-milyardların söhbəti

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Həbsdəki müstəntiq ata oldu

Həbsdəki müstəntiq ata oldu

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Azərbaycan OPEC-in iclasına dəvət olunub

Azərbaycan OPEC-in iclasına dəvət olunub

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

İlham Əliyev FIFA prezidentini qəbul edib

İlham Əliyev FIFA prezidentini qəbul edib

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur