İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Xəbərin çap versiyası
Tarix: 21-10-2017, 16:42    |    Xəbər oxunub: 567 dəfə
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib



İqtisadiyyat naziri Şahin Mustafayev Ağdaşda Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verilib, bir sıra məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün Nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi sənaye və kənd təsərrüfatı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı üçün subsidiya verilməsinə köməklik göstərilməsi, sahibkarlıq subyektinin mülkiyyət hüququnun qorunması, investisiya təşviqi sənədinin alınması, qeyri-neft məhsullarına ixrac təşviqinin ödənilməsi, biznes inkubator iştirakçılarına biznes ideyaların reallaşdırılması üçün maliyyə dəstəyinin göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların istixanaların yaradılması, mebel və mineral su istehsalı, fındıqçılıq, tütünçülük, heyvandarlıq, o cümlədən camışçılıq və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Ağdaşda keçirilmiş qəbulda Göyçay, Ucar və Ağdaş rayonları ilə yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.

Ümumilikdə qəbulda 50-dək vətəndaş müraciət edib.

Qəbula gələnlər göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə, eləcə də investisiyaların və ixracın stimullaşdırılması tədbirlərinə görə dövlət başçısına minnətdarlıq ediblər.

İqtisadiyyat naziri Şahin Mustafayev qəbul çərçivəsində bölgədə fəaliyyət göstərən bir neçə müəssisənin fəaliyyəti ilə tanış olub. Həmçinin, qeyri-nef ixracının genişləndirilməsi ilə bağlı sahibkarlarla müzakirələr aparılıb.

Qeyd edək ki, qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün kütləvi informasiya vasitələrində, eləcə də İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında və “Facebook” səhifəsində yaradılmış xüsusi bölmələrdə qabaqcadan elan verilib və bu internet resursları vasitəsilə vətəndaşların qəbul üçün elektron müraciətlərinin onlayn qeydiyyata alınması məqsədilə texniki imkanlar yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Silahlı Qüvvələrində yenilik

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat

ATMU-da “Rus dili həftəsi” keçirilib

ATMU-da “Rus dili həftəsi” keçirilib

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Azərbaycanda avtomobillər bahalaşacaq-

Azərbaycanda avtomobillər bahalaşacaq- idxal rüsumu 75% artırılır

Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur