Daşınmaz Əmlakın Reyestri Xidməti artıq bazar ertəsi də işləyəcək- YENİLİK


Daşınmaz Əmlakın Reyestri Xidməti artıq bazar ertəsi də işləyəcək-


Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna, əlçatanlığın artırılmasına xüsusi önəm verir.



Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də müraciətlərdə vətəndaşa diqqət və qayğının göstərilməsi, iş prinsipinin təkmilləşdirilməsi, iş prosesinin aktivliyi, elektron xidmətlərin sayının çoxaldılması kimi məsələləri ön planda saxlayır. Vətəndaşların müraciətlərinin vaxtında baxılmasına, tez bir zamanda həll edilməsinə xüsusi diqqət göstərir. Bu amala xidmət edən Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaş məmnunluğuna yönələn daha bir fərqliliyə imza atıb.

Belə ki, Komitənin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib. Artıq qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir. Başqa sözlə vətəndaş birinci günləri də qeydiyyat ərazi ofislərinə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər. Qeyd edilməlidir ki, əvvəllər bazar ertəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunmuşdur.

Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmətin göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verir. Eyni zamanda əhaliyə bazar ertəsi də daxil olmaqla xidmətin göstərilməsi onların vaxtına qənaət etmiş olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu