Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR


Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilib.



ADAU-nun mətbuat xidmətindən AFN-ə bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulub. Tədbirlərin 169-u bilavasitə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunmalı və ya onun iştirakı ilə həyata keçirilməlidir. Belə tədbirlərdən biri də Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib.

Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov toplantıdan əvvəl televiziyalara bildirib ki, ötən müddət ərzində təhsil müəssisəsi tərəfindən təhsilin keyfiyyətini artırmaq üçün müasir tələblərə cavab verən kurikulumların işlənib hazırlanması davam etdirilib. Bu kurikulumların hazırlanması, eyni zamanda, aqraryönümlü ixtisasların kənd təsərrüfatı sahəsində mövcud əmək bazarının tələblərinə uyğun formalaşdırılmasını təmin edəcəkdir. Bundan əlavə, aqrar sahədə təhsilin cəlbediciliyini artırmaq üçün maarifləndirmə-təbliğat proqramları həyata keçirilib və universitet məzunların işlə təmin olunmasına kömək edilib. İnkişaf edən ölkələrin təhsil müəssisələri ilə Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təhsilin keyfiyyətini artırmaq üçün müasir tələblərə cavab verən kurikulumların işlənib hazırlanması indi də davam edir. Bu kurikulumların hazırlanması, eyni zamanda, aqraryönümlü ixtisasların kənd təsərrüfatı sahəsində mövcud əmək bazarının tələblərinə uyğun formalaşdırılmasını təmin edəcəkdir.

Toplantını ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb və giriş nitqində deyib ki, Aqrar profilli təhsil müəssisələri ilə kənd təsərrüfatı məhsulları istehsalçıları və emalı müəssisələri arasında əməkdaşlığın genişləndirilib. Belə əməkdaşlıq çərçivəsində regional aqrar elm mərkəzlərində və təsərrüfatlarda aparılan sorğular vasitəsilə gələcək məzunların sayı, eləcə də bilik və bacarıqlar üzrə tələblər müəyyən edilib. Kənd təsərrüfatı məhsulları istehsalçıları ilə aparılan məsləhətləşmələr nəticəsində fokus sahələr (və ya peşələr) və müvafiq kurikulumların tələblərə uyğunluğu təmin edilib, həmçinin təhsilin praktikiliyinin gücləndirilməsi məqsədilə istehsalat təcrübələrinin keçirilməsi üçün əməkdaşlıq əlaqələri qurulub. Gözlənilən nəticələr və nəticə indikatorları gənclər arasında aqrar sahədə ali təhsilə, eləcə də peşə təhsilinə maraı artırıb. Aqrar təhsil müəssisələrində çalışan müəllimlərin və tədqiqatçıların elmipraktik səviyyəsi yüksəllib, eyni zamanda, bu sahədə təhsilin praktikliyi artıb. Təhsil müəssisəsinin maddi-texniki bazası yaxşılaşıb. Aqraryönümlü peşələr üçün müasir dövrün tələblərinə uyğun yeni tədris modulları, o cümlədən ali məktəblər üçün yeni tədris materialları yazılır və nəşr edilir. Bu prioritetdə qeyd edilən tədbirlərin nəticəsi kimi bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların sayı 20, aqraryönümlü peşələr üzrə təhsil alanların sayı 20, beynəlxalq konfranslarda, seminarlarda, ixtisasartırma kurslarında iştirak edən aqrar təhsil müəssisələrinin müəllim və tədqiqatçılarının sayı 30 faiz artacaqdır.

ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Strateji Yol Xəritəsində təhsil müəssisəsinin üzərinə düşən vəzfələri təhlil edib,tədrisə və təcrübəyə tətbiq edilən yeniliklərdən danışıb.

Toplantıda Kənd Təsərrüfatı Nazirliyi, elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov, Aqrar Elm və İnnovasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev iştirak edib.

Həmçinin toplandıda Strateji yol xəritəsi çərçivəsində kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunda həyata keçiriləcək prioritetlərin ÜDM-ə təsirinin 1235 milyon manat olacaı, nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunda təxminən 20 min yeni iş yerinin yaradılmasından da danışılıb. Qeyd edilib ki, Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunda 2020-ci ilədək nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində 2015-ci illə müqayisədə ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz, pambıq istehsalının həcminin ən azı 4 dəfə artması proqnozlaşdırılıb. Ümumilikdə isə Strateji Yol Xəritəsində əksini tapan tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, kənd təsərrüfatı sahəsində elm və təhsilin keyfiyyətinin yüksəldilməsinə, bazar infrastrukturunun inkişafı nəticəsində istehsalçıların bazara çıxışının asanlaşmasına səbəb olacaq.

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu