Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi olub


Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi olub


Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilir. Bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.



Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladıqdan sonra fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdi və Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamladı. Rəsmi qarşılanma mərasimi Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənməsi ilə davam edib.

Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşdükdən sonra fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu