“AzerGold”un nümayəndəsi ADNSU-da mühazirə ilə çıxış edib


“AzerGold”un nümayəndəsi ADNSU-da mühazirə ilə çıxış edib


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi Geoloji kəşfiyyat şöbəsinin müdiri, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şəhbəddin Musayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müəllim və tələbə kollektivi qarşısında təqdimatla çıxış edib.



Şahbəddin Musayev “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyyatların istismara cəlb olunanmasının perspektivləri” mövzusunda mühazirə deyib. “AzerGold”un nümayəndəsi Azərbaycandakı yataqların Qafqaz regionunda yeri, qonşu ölkələr və dünyadakı digər yataqlarla müqayisə və təhlilini aparıb. Ş. Musayev həmçinin dağ-mədən sənayesi ilə məşğul olan səhmdar cəmiyyətin həyata keçirdiyi kəşfiyyat, istismar işləri, strateji planlar, şirkətə aid filiz sahələrindəki nəcib və əlvan metal yataqlarının mineral xammal bazası, yer təkindəki, çıxarılan bilən və həmçinin kommersiya dəyərləri barədə də ətraflı məlumat verib.

“AzerGold”un nümayəndəsi ADNSU-da mühazirə ilə çıxış edib


Mühazirə universitetin müəllim, professor, bakalavr və magistr tələbələri tərəfindən böyük maraqla qarşılanıb. Təhsil müəssisəsi ilə mədən şirkəti arasında bağlanmış memorandum əsasında bu cür təqdimatların davamlı keçirilməsi nəzərdə tutulur.

İmzalanan memorandum anlaşması iki qurumun daha sıx əməkdaşlıq etməyinə imkan yaradaraq, tərəflərin faydalana biləcək çoxsahəli qarşılıqlı təcrübə mübadiləsini təmin edəcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu