Qardaşı Frenk Elkaponeyə “od püskürdü”- “Hədələdi ki, səni narkotiklə həbs etdirərəm”

Xəbərin çap versiyası
Tarix: 3-11-2017, 15:41    |    Xəbər oxunub: 2 046 dəfə
 Qardaşı Frenk Elkaponeyə “od püskürdü”-


Frenk Elkapone adı ilə məşhur olan azərbaycanlı biznesmen Füzuli Məmmədovun qardaşı Fərhad Məmmədov Yenicag.az saytına eksklüziv müsahibə verib.

O, müsahibəsində qardaşı ilə bağlı şok iddialar səsləndirib.

– Əvvəlcə özünüzü təqdim edərdiniz…

– Mən Füzuli Məmmədovun doğma qardaşıyam. Biz 6 qardaş olmuşuq. 1990-cı ildə birlikdə biznes qurmuşuq. Qardaşlardan 4-ü rəhmətə gedib, ikimiz qalmışıq.

– Biznesiniz hansı sahəni əhatə edirdi?

– Moskvada ticarət mərkəzləri tikirdik, obyektləri icarəyə verirdik. Aramızda sənim-mənim söhbəti yox idi. Planımız o idi ki, biznesimizi gələcəkdə daha da genişləndirək. Sən demə, Füzulinin planı tamam başqa imiş. Bundan sonra qardaşlarımdan biri insult keçirtdi, digəri infarkt oldu, rəhmətə getdilər. Əslində pulu bizə başqa adam vermişdi.

– Kim?

– Bunu indi demək istəmirəm. Gələcəkdə açıqlaya bilərəm.

– Bəs, miqdarı nə qədər idi?

– 10 milyon dollar!

– Pulu verən şəxs Azərbaycandan idi?

– Bəli!

– Bəlkə, adını çəkəsiniz?

– İndi yox. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycanda vəzifəli şəxslərdən biridir.

– Buyurun, davam edin…

– Bizə 10 milyon pul verdi. Moskvada ticarət mərkəzi tikdik. Bundan sonra Frenk Elkapone bizdən ayrılmağa başladı. Başladı ki, bura mənimdir. Qardaşlarım da buna dözmədi.

– Birdən-birə niyə bu fikrə düşdü ki?

– Vallah, nə deyim. Gələcəkdə Azərbaycan prezidentliyinə namizəd olmaq bunun planlarına daxil idi. Özü üçün pul yığırdı. Bizim pulların da 90 faizini özünə götürürdü. Gələcək planlarına görə bizi məhv etmək istəyirdi. Biz də ki, gecə-gündüz işləyirdik. Özünə İtaliyada villa aldı. O, heç kimi sevmir. Yalnız özünü düşünür. Bir qardaşı mən qalmışam, mənim də əlimdən hissələrimi alıb.

– Necə alıb ki?

– Dedi ki, sənədləri imzalayın. Mən də aldanıb sənədləri imzaladıqdan sonra bizə “do svidaniya” dedi. Sizə 10 il əvvəlin söhbətini edirəm.


– İndi münasibətiniz heç qalmayıb?

– Xeyr. 2007-ci ildən münasibətimiz yoxdur. Qardaşımın biri 98-ci ildə rəhmətə gedib, digəri isə 2 il əvvəl. O biri qardaşlarım da bir az ondan əvvəl. Sonuncu dəfə keçən ilin noyabrında telefonla danışmışıq.

– Nə dedi sizə?

– Kim onun yanına söhbətə gedirsə, hərəsini bir üsulla yola salır. Kimisinə pul verir, kimisini də… Söhbəti yükunlaşdırmaq istəmir. Mən də istəyirəm ki, bütün Azərbaycan bunu bilsin. 10 il ərzində hər ay mənə 100 min dollar pul düşür. Hesablansa, gör neçə milyon edir. Bizim pulla özünü sudan quru çıxardır. Hamısı qardaşlarımın qanı hesabına qazanılan pullardır. Hamam suyu ilə özünə dost tutur. Hətta bir neçə dəfə geri çəkilməyim üçün məni qorxudub, başqaları ilə hədələyib. Adam göndərdi ki, səni narkotiklə həbs etdirərəm. Elə edərik ki, Moskvadan çıxıb gedərsən. Öz qardaşına qan udduran adamdan necə prezident olar? Qardaşına qarşı belə olan, görün xalq nələr edər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb-

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb- VİDEO

Azərbaycanın ilk saat markasının təqdimetmə mərasimi keçirildi-

Azərbaycanın ilk saat markasının təqdimetmə mərasimi keçirildi- FOTOLAR

“Azərbaycanın görkəmli rəssamları” sərgisi “Nəriman Nərimanov” metro stansiyasında-

“Azərbaycanın görkəmli rəssamları” sərgisi “Nəriman Nərimanov” metro stansiyasında- “İncəsənətimizi təbliğ edək!"

“Şaxta babaya məktub”lar oxunacaq...

“Şaxta babaya məktub”lar oxunacaq...

18 dekabrda keçirilən hərracın nəticəsi:

18 dekabrda keçirilən hərracın nəticəsi: rəqabət dövlət əmlakının qiymətini 3 dəfə artırdı

Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd-

Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd- AZAL meyit çəkir

"Dəmir Yolları"nın işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq

248 saylı məktəb ətrafında QALMAQAL:

248 saylı məktəb ətrafında QALMAQAL: “Nazir yoxlama göndərsin” deyənlərə direktordan CAVAB

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur