İraqda vəfat edən azərbaycanlı zəvvar tanınmış prodüser imiş...- FOTOLAR


İraqda vəfat edən azərbaycanlı zəvvar tanınmış prodüser imiş...-


İraqın Nəcəf şəhərinə, Ərbəin ziyarətinə gedən və orada dünyasını dəyişən azərbaycanlı zəvvar, Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Ağakişiyev Fikrət Abdulxaliq oğlu Bakıda uzun illər bir neçə tanınmış müğənninin prodüseri, eləcə də şoumen kimi çalışıbmış.

Bu barədə xəbər yayan APA xatırladır ki, F.Ağakişiyev ötən gün ziyarət zamanı ürəktutmasından vəfat edib. Mərhum ailə üzvlərinin razılığı və azərbaycanlı zəvvarların müşayiəti ilə dünyanın ən böyük qəbiristanlığı hesab edilən Nəcəf şəhərinin Vadi-əs-Salam məzarlığında dəfn edilib.

Qeyd edək ki, İraqı ziyarət edən daha bir azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev də noyabrın 4-də dünyasını dəyişib.

İraqda vəfat edən azərbaycanlı zəvvar tanınmış prodüser imiş...-

İraqda vəfat edən azərbaycanlı zəvvar tanınmış prodüser imiş...-

İraqda vəfat edən azərbaycanlı zəvvar tanınmış prodüser imiş...-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu