Milli Məclisin iclasının vaxtı dəyişdirildi


Milli Məclisin iclasının vaxtı dəyişdirildi


Milli Məclisin noyabrın 14-də keçirilməsi nəzərdə tutulan iclasının vaxtı dəyişdirilib.

MM-dən APA-ya verilən məlumata görə, iclas noyabrın 17-də keçiriləcək.

İclasın vaxtı dəyişdirilsə də, gündəlikdə dəyişiklik olmayıb.

İclasın gündəliyinə 30 məsələ daxildir. Bunlar Vergi, İnzibati Xətalar, Cinayət, Mülki məcəllələrə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında”, “Prokurorluq haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişikliklər və s. məsələlərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu