ARAZ supermarketlər şəbəkəsi ən böyük filialını açır


ARAZ supermarketlər şəbəkəsi ən böyük filialını açır


“Siz harada, Araz orada” sloqanına sadiq qalan Araz Supermarketlər şəbəkəsi noyabrın 14-ündə Sumqayıt şəhərində ən böyük filialının açılışını edəcəkdir. Sumqayıt şəhərində açılacaq bu filial ilə Araz Supermarketlər şəbəkəsinə daxil olan mağazaların sayı 67-yə yüksələcək.



Sumqayıt şəhəri, 9-cu mkr, Üzeyir Hacıbəyov küçəsi 23 ünvanında yerləşən marketin daxili sahəsi 2200 kvadrat metrdir. Marketin həyətyani sahəsində müştərilərin avtomobillərini rahat park etməsi üçün 100 yerlik pulsuz dayanacaq yeri vardır.

Yeni filialda meyvə və tərəvəz, ət və ət məhsulları, süt və süt məhsulları, qida, gigyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digər bölmələr müştərilərin xidmətinə veriləcədir. Marketin daxilindəki “Xonça” un məmulatları bölməsindən siz müxtəlif növ şirniyyat və bulkular, tortlar, hazır yeməklər, isti təndir çörəyi və s. əldə edə biləcəksiniz. Marketdə müştərilərin rahatlığını və istirahətini düşünərək kafe də fəaliyyət göstərəcəkdir.

Marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və kampaniyalar nəzərdə tutulmuşdur. Belə ki, marketdən 100 manatlıq alış-veriş edən hər bir bonuskartlı müştəriyə Türkiyə istehsalı olan 26 sm-lik Akyıldız tava hədiyyə olunacaqdır. Açılışla əlaqədar endirim və kampaniyalar 14-15-16 noyabr tarixlərini əhatə edəcəkdir. Endirim kampaniyaları haqqında ətraflı məlumatı http://arazmarket.az/aksiyalar/26 ünvanından və Araz Supermarketlərin rəsmi sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.

2011-ci ildən fəaliyyət göstərən Araz Supermarketlər şəbkəsi daima müştəri məmnuniyyətini düşünərək yüksək xidmət və keyfiyyətə önəm verir, o cümlədən ucuz qiymətlə müştərilərinə xidmət göstərir. Qeyd edək ki, Araz Supermarketlər şəbəkəsinin İmişli, Şamaxı, Zaqatala və digər rayonlarda da yeni filiallarının açılışı planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu