Bakıda “Qanunverici metrologiya” üzrə konfrans keçirilib

Xəbərin çap versiyası
Tarix: 14-11-2017, 13:36    |    Xəbər oxunub: 724 dəfə
Bakıda “Qanunverici metrologiya” üzrə konfrans keçirilib


Noyabrın 14-də Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) və Çex Metrologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində sənaye, ticarət və xidmət sahələrinin nümayəndələri üçün “Qanunverici metrologiya” üzrə konfrans keçirilib.



Tədbirdə açılış nitqi ilə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəs sədrinin müavini Niyazi Rəhimov qeyri-neft sektorunun inkişafının, ixrac potensialının artırılmasının əsas alətlərindən biri olan keyfiyyət infrastrukturunun, xüsusilə metrologiya sahəsinin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu istiqamətdə Komitə Avropa İttifaqı ilə onun “Tvinninq” və “Taieks” proqramları çərçivəsində uzun illərdir ki, sıx və müvəffəqiyyətlə əməkdaşlıq etməkdədir.” Onun sözlərinə görə, hazırda icra olunan layihənin məqsədi də Azərbaycanda metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi, metrologiya sahəsində hüquqi və tənzimləyici sənədlərin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması, texniki bazanın təkmilləşdirilməsi və metrologiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışının dəstəklənməsidir.

Niyazi Rəhimov bildirib ki, Azərbaycanda qeyri-neft ixrac potensialının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq keçirilən sınaqların, kalibrləmə nəticələrinin, həmçinin verilən sertifikatların tanınması istiqamətində komitə tərəfindən işlər aparılmaqdadır. Bundan başqa Milli Etalon Mərkəzində fəaliyyət göstərən etalon laboratoriyalarının beynəlxalq tanınması ilə bağlı müvafiq prosedurlar icra olunur. Hazırda ölkəmizdə dövlət etalonlarının saxlandığı və ölçmələrin izlənilməsini həyata keçirən 7 laboratoriya fəaliyyət göstərir. Yaxın zamanlarda bu laboratoriyaların sayının 20-dək artırılması planlaşdırılıb.

Sonra çıxış edən Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka təmsil etdiyi ölkə ilə Azərbaycan arasında həm ikitərəfli, həm də müxtəlif layihələr çərçivəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Çex Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən səfir “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsinin rolunu da vurğulayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qanunverici metrologiya şöbəsinin müdiri Oqtay Abbasov ölçmələrin vəhdətinin təmin edilməsi barədə milli qanunvericilik barədə məlumat verib.

Mövzu üzrə məruzələrlə davam edən konfransda Almaniya və Çex Respublikalarının metrologiya üzrə mütəxəssisləri tərəfindən “Ölçmə vasitələrinə dair Avropa qanunvericiliyinin prinsipləri”, “Ölçmə vasitələrinə dair Avropa Direktivinin (MID) və qeyri-avtomatik çəki alətlərinin Direktivinin tətbiqi (NAWID)”, “Ölçmə vasitələri bazarına nəzarət”, “MID və NAWID Direktivlərinin tətbiqinə dair Çexiyanın təcrübəsi”, “Potensial müştərilər tərəfindən ölçmə vasitələrinin seçilməsi” mövzularında təqdimatlar edilib.

Məlumat üçün bildirək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) və Çex Metrologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən Tvinninq layihəsinin icrasına 2016-cı ilin yanvar ayında başlanılıb. Layihənin sonunda Azərbaycanda metrologiyanın həm texniki, həm də hüquqi bazasının təkmilləşdirilərək qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına nail olunacaq.

Bakıda “Qanunverici metrologiya” üzrə konfrans keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
18 dekabrda keçirilən hərracın nəticəsi:

18 dekabrda keçirilən hərracın nəticəsi: rəqabət dövlət əmlakının qiymətini 3 dəfə artırdı

Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd-

Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd- AZAL meyit çəkir

"Dəmir Yolları"nın işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq

248 saylı məktəb ətrafında QALMAQAL:

248 saylı məktəb ətrafında QALMAQAL: “Nazir yoxlama göndərsin” deyənlərə direktordan CAVAB

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Havaya atılan tullantıya görə “GurCel” MMC cəzalanıb

Havaya atılan tullantıya görə “GurCel” MMC cəzalanıb

Ölkənin ən populyar uçuş istiqaməti

Ölkənin ən populyar uçuş istiqaməti

İcra başçısının müavini məhkəmədə:

İcra başçısının müavini məhkəmədə: “Abdin müəllim zəng edib dedi ki…”-6.5 milyonluq qalmaqal

“Nar” mətbuat nümayəndələrini bir araya topladı-

“Nar” mətbuat nümayəndələrini bir araya topladı- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur