Qənirə Paşayeva Milli Kulinariya Mərkəzi ilə bağlı hökumətə çağırış edib


Qənirə Paşayeva Milli Kulinariya Mərkəzi ilə bağlı hökumətə çağırış edib


Millət vəkili Qənirə Paşayeva MM-də hökuməti Milli Kulinariya Mərkəzinə ayrılan vəsaitin artırılmasına çağırıb.



Milli Məclisdə “Azərbaycan Respublikasının 2018-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva bildirib ki, mədəniyyətimizin təbliğinin bir parçası da mətbəximizin təbliğdir:" Ölkədə turizmin inkişafında da bu ən önəmli faktorlardan biridir. Amma hətta qonşu ölkələrlə müqayisədə bizdə Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır. Amma onlar dünya ölkələrində keçirilən tədbirlərdə, yarışlarda, festivallarda iştirak edərək mətbəximizi tanıtmaqla bərabər, mətbəximizi əl uzadaraq öz mətbəxləri kimi təqdim edənlərə qarşı da mübarizə aparmalıdırlar. Ona görə də bu məsələyə baxılması və Milli Kulinariya Mərkəzinə ayrılan vəsaitin daha da artmasına çalışmalıyıq və mən müvafiq qurumları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram. Mərkəzin çox gözəl nailiyyətləri var, gözəl işlər görürlər və onlara dəstəyimizi artırmalıyıq."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu