ATMU-da “Azərbaycanda təcrübə və iş imkanları” mövzusunda seminar keçirilib

Xəbərin çap versiyası
Tarix: 23-11-2017, 16:17    |    Xəbər oxunub: 761 dəfə
ATMU-da “Azərbaycanda təcrübə və iş imkanları” mövzusunda seminar keçirilib


Azərbaycan Turizm və Menecment Universitetində Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Menecment kafedrasının birgə təşkilatçılığı ilə ATMU tələbələri üçün "Təcrübə və İş İmkanları" mövzusunda seminar keçirilib. Seminarda “Socar”, “Azercell”, “Qafqaz hotel”, “Asan Xidmət” kimi qurumların təcrübə proqramları və işə qəbul qaydaları haqqında məlumatlar verilib.

Seminardan öncə qonaqlar ATMU rektoru İlham Mədətovla görüşüblər. Görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN kadr” karyera mərkəzinin rəhbəri Ləman Əhmədova, “SOCAR” ın işə qəbul və yerləşdirmə şöbəsinin nümayəndəsi Mahir Qarayev və kadrların hazırlanması üzrə mütəxəssis Vasif Cəfərov, “Azercell”in İnsan qaynaqları departamentinin mütəxəssisi Sevinc Teymurova və “Qafqaz hotel”in insan resursları şöbəsinin direktoru Ülviyyə Qasımzadə təmsil etdikləri təşkilatlarda iş imkanları, işə qəbul qaydaları, işə götürülmə prosesi, zamanla meydana çıxan işçi tələbinin qarşılanması məqsədi ilə müvafiq vəzifələrə uyğun şəxslərin tapılması, seçilməsi, vəzifənin tələb etdiyi məvacib səviyyəsi ilə işə götürülməsi barədə çıxış ediblər. “Azərbaycanda təcrübə və iş imkanları” mövzusuna həsr olunan seminarın sonunda qonaqlar tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Həbib Makqreqorla revanş döyüşünə çıxmaqdan imtina etdi

Həbib Makqreqorla revanş döyüşünə çıxmaqdan imtina etdi

Etimad Əsədov torpağa tapşırılır-

Etimad Əsədov torpağa tapşırılır- DƏFNDƏN FOTOLAR

Filosof Niyazi Mehdi:

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar”-MÜSAHİBƏ

Deputatdan Müdafiə Nazirliyinə sərt tənqid-

Deputatdan Müdafiə Nazirliyinə sərt tənqid- "Məhkəmə qərarlarını tanımır"

Zaqatalada çaqqal həyətə girərək ev yiyəsinə hücum edib

Zaqatalada çaqqal həyətə girərək ev yiyəsinə hücum edib

Ödəmələrlə bağlı məsələ diqqətdə saxlanılır-

Ödəmələrlə bağlı məsələ diqqətdə saxlanılır- nazirlik

Payız havası davam edəcək

Payız havası davam edəcək

Oqtay Əsədovdan şəhid ailələri ilə bağlı göstəriş

Oqtay Əsədovdan şəhid ailələri ilə bağlı göstəriş

Məşğulluq orqanları əməkdaşları üçün peşəyönümü işinə dair təlimlərə başlanılıb

Məşğulluq orqanları əməkdaşları üçün peşəyönümü işinə dair təlimlərə başlanılıb

Badamdar niyə çökdü?-

Badamdar niyə çökdü?- ilginc açıqlama

Asim Mollazadə Oqtay Şirəliyevə çağırış etdi:

Asim Mollazadə Oqtay Şirəliyevə çağırış etdi: "Ciddi addımlar atılsın"

Bakı metrosunda sərnişin dünyasını dəyişib

Bakı metrosunda sərnişin dünyasını dəyişib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur