“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək


“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək


“Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir.

AFN xəbər verir ki, ekskursiya iştirakçılarına şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunacaq, uşaqların istehsal sahəsinə gəzintisi təşkil ediləcək. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyə biləcəklər.

Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şəraiti yaradılacaq və onları maraqlandıran suallar cavablandırılacaq.

Qeyd edək ki, ekskursiyaya 7-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub, son qeydiyyat tarixi isə 30.11.2017-ci il tarixi müəyyən edilib. Qeydiyyat üçün "Ulduz" Fabrikinin rəsmi facebook səhifəsinə müraciət edə və ya (+994) 12 514 3030 daxili 2301 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu