"Leyla Şıxlinskayanın klinikası” üzrə məhkəmənin tarixi məlum oldu


"Leyla Şıxlinskayanın klinikası” üzrə məhkəmənin tarixi məlum oldu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskayanın klinikası”nın böyük məbləğdə mənimsəmədə ittiham olunan işçilərinin cinayət işi üzrə hazırlıq iclası davam edib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə dövlət ittuhamçısı ittiham aktını elan edib. Məhkəmə baxışı dekabrın 26-na təyin edilib.

Təqsirləndirilənlərin sayı 7 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova da var. Məhkəmə önünə çıxarılan digər işçilər isə Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevadır. Onlara Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu