ATMU-da “Rus dili həftəsi” keçirilib


ATMU-da “Rus dili həftəsi” keçirilib


Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dillər kafedrasında rus dili həftəsi keçirilib.

Tədbirin əsas məqsədi rus dilinin tədrisi zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirəsi olub.

“Rus dili həftəsi”ndə universitetin müvafiq struktur rəhbərləri, müəllimlər, Azərbaycanda Rusiya əməkdaşlığı nümayəndəliyinin baş ekspert mütəxəssisi E.Şişkalova, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mədəni məsələlər üzrə koordinatoru S.Zöhrabova və başqaları iştirak ediblər.

E.Şişkalova təmsil etdiyi qurumun ATMU ilə əməkdaşlıqda maraqlı olduğunu, bu əməkdaşlığın rus dilinin tədrisinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

E.Şişkalova, S.Zöhrabova Turizm və Menecment Universiteti tələbələrini Rusiya informasiya-mədəniyyət mərkəzində fəaliyyət göstərən “Ünsiyyət klubu”na və qrum tərəfindən keçiriləcək tədbirlərə dəvət edib.

“Dillər” kafedrasının müdiri, f.e.n., dosent K. Kərimova ATMU tələbələrinin, o cümlədən rus dilini də bilmələrinin vacibliyindən danışıb. Kafedranın dosenti İzzət Əfəndiyev tədbirdə “Azəbaycan qruplarında rus dilinin tədrisi vəziyyəti” mövzusunda məruzə edib.

Tədbirə Azərbaycan bölməsi tələbələrinin rus dilində çıxışları ilə yekun vurulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu