NATO Bakıda Azərbaycan hərbçilərinə təlim keçir


NATO Bakıda Azərbaycan hərbçilərinə təlim keçir


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Birgə əməliyyat və qiymətləndirmə” mövzusunda təlim kursu keçirilir.

AFN Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “NATO-nun hərbi strukturu”, “NATO-da hərbi tərəfdaşlıq”, “Əməliyyat planlaşdırma prossesi”, “Əməliyyatların qiymətləndirilməsi”, “Məlumatların toplanılması və təhlili” və digər mövzular barədə məlumatlar verilir, eləcə də müxtəlif məşğələlər təşkil edilir.

Dekabrın 8-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu