Məşhur inqilabçı Ernesto Çe Gevara ilə görüşən azərbaycanlı


Məşhur inqilabçı Ernesto Çe Gevara ilə görüşən azərbaycanlı


AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da məşhur Vəkilovlar nəslinin davamçısı, Fransada yaşayan azərbaycan əsilli jurnalist, Fransada türk film festivallarının qurucusu, məşhur inqilabçı Ernesto Çe Gevara ilə görüşən azərbaycanlı mərhum Leyla Vəkilli haqqında məqalə yaradılıb.



Leyla Həsanalısultan qızı Vəkilli 1932-ci il tarixdə Parisdə doğulub. Onun atası Həsanalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb.Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib.
https://az.wikipedia.org/wiki/Leyla_V%C9%99killi

Leyla Vəkilli 1952-ci ildə İstanbulda Fransız Liseyində təhsil alıb. Sarbona Universitetini sosialogiya fakultəsini bitirb. Sonradan Fransada jurnalist kimi fəaliyyətə başlayıb. Dünyada 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışıb. Jurnalistlik fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində olub. O, cümlədən Afrikaya, Latın Amerikasına, Fələstinə, Nikaraqua və Əlcəzairdə olub. Əlcəzairdə avtomobil qəzasında ağır yaralanıb. Əlcəzairdə Argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib. 1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb. Fransada Türk Filim Festivalının qurucularından olub. Fransada cap olunan “DEFİ” jurnalının baş redaktoru olub. 1996-cı ilədək Parisdə yaşayıb. Həmin il Türkiyəyə Bodurumun Muğla şəhərinin, Türkbükü bölgəsinə köçüb. 26 noyabr 2017-ci il tarixdə dünyasını dəyişib.

Qeyd edək ki, Leyla Vəkilli tanınmış hüquqşünas Səməd Vəkilovun bibisidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu