Sahibkar DTX sədrinə müraciət edib qapı istədi

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 15:29    |    Xəbər oxunub: 556 dəfə
Sahibkar DTX sədrinə müraciət edib qapı istədi


Fəxrəddin Bağırov: “Xahiş edirəm mənə qarşı törədilmiş cinayəti araşdırıb əsl həqiqəti ölkə rəhbərliyinə çatdırasınız”



Gədəbəy rayonu icra hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən obyektinin qapı-pəcərəsi daşla hördürülən sahibkar Fəxrəddin Bağırov Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyevə müraciət edib.

AFN Pressday.az-a istinadən daxil olan müraciəti nəzərinizə çatdırır:

“Hörmətli cənab general!

Xahiş edirəm, şikayətimi cənab prezidentə və xanımı birinci vitse-prezidentə çatdırasınız. Mən sahibkaram. Amma dövlətdən nə maliyyə yardımı istəmirəm, nə də başqa güzəşt olunmasını rica etmirəm. Mən dövlətdən qapı istəyirəm, qapı. Bir ay bundan əvvələcən fəaliyyət göstərdiyim, çıxarışla mənə məxsus olan obyektimin icra başçısının qanunazidd göstərişi ilə hörülmüş qapısını istəyirəm. Qapının hörülməsi məni öz əmlakımdan təcrid edib.

Mən dövlətdən Konstitutsiya ilə müəyyən olunmuş, ancaq rayon rəhbərinin cinayətkar əməlləri nəticəsində pozulmuş əmlak və şəxsi toxunulmazlıq hüququmun bərpasını və bu hüququ pozanların cəzalandırılmasını istəyirəm.

Bu məktubu sizə yazmağımın səbəbi isə ondadır ki, ötən 1 ay müddətində başıma gələnlərlə bağlı hansı dövlət qurumuna müracət göndərdimsə, bütün müraciətlərim Prezident Admistrasiyasına yönləndirildi. Amma adminstrasiyanın rayon icra başçısına havadarlıq edən əməkdaşları isə müraciəti obyektiv araşdırıb ölkə rəhbərliyinə məlumat vermək əvəzinə, yenidən rayon rəhbərliyinə göndərdi. Rayon rəhbərliyinin öz törətdiyi əməli obyektiv araşdırması isə elementar məntiqə şığan bir iş deyil. Ona görə də mən 1 aydır öz qanuni hüquqlarımın müdafiəsi ümidi ilə Bakının soyuq, küləkli küçələrində qalmışam. Sahibkarlıq fəaliyyəyim dayanıb, işçilərim pərən-pərən düşüb, icra başçısı Ramiz Yediyarov isə öz isti kabinetində oturub, məni susdurmaq və qanunsuz hərəkətlərini ört-basdır etmək üçün min cür iftiralar hazırlamaqla məşğuldur.

Hörmətli general, eşitdiyim, bildiyim qədər siz obyektiv adamsınız və ölkə rəhbərliyinə əsl həqiqəti söyləyirsiniz. Onun üçün məhz sizə müraciət edirəm. Xahiş edirəm, mənə qarşı törədilmiş cinayəti araşdırıb əsl həqiqəti ölkə rəhbərliyinə çatdırasınız. Törədilmiş misli görünməmiş özbaşınalığın aradan qaldırılmasına yardımçı olasınız”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi-

Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur