Məşhur kino aktyoru vəfat edib


Məşhur kino aktyoru vəfat edib


Onun çəkildiyi ekran əsərləri arasında Baharın on yeddi anı, Pokrov qapıları, Həmin Münhauzen filmləri də var.



Bu gün səhər saatlarında məşhur kino və teatr aktyoru Leonid Sergeyeviç Bronevoy 88 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novisti"yə aktyorun çalışdığı "Lenkom" Moskva teatrının direktoru Mark Varşaver məlumat verib.
Onun sözlərinə görə, SSRİ xalq artisti Leonid Bronevoy bu gün səhər 07:30 radələrində dünyasını dəyişib.
Mərhumla vida mərasimi və dəfn vaxtı yaxın vaxtlarda məlum olacaq.
L.Bronevoy kino sahəsində bir neçə məşhur rolu ilə yadda qalıb. Onun çəkildiyi ekran əsərləri arasında "Baharın on yeddi anı", "Pokrov qapıları", "Həmin Münhauzen" filmləri də var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu