Qənirə Paşayeva Bağdadda İraq Türkman Qardaşlıq Ocağını ziyarət edib

Qənirə Paşayeva Bağdadda İraq Türkman Qardaşlıq Ocağını ziyarət edib

Beynəlxalq Konfransda iştirak etmək üçün İraqda səfərdə olan millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva 57 ildir fəaliyyət göstərən İraq Türkman Qardaşlıq Ocağını ziyarət edib və onun rəhbəri Dr. Necdet Yaşar Bayatlı və təşkilatın üzvləri, aydınlarla görüşüb.

Millət vəkili Bağdadda İraq Türkman Qardaşlıq Ocağını ziyarət etməkdən və bu görüşdən çox məmnun olduğunu xüsusi vurğulayıb. Görüş zamanı bu ölkədə yaşayan türkmanlarin vəziyyəti, təşkilatla Azərbaycan qurumları arasında əməkdaşlığın inkişafı istiqamətində mövcud olan potensial və konkret layihələr barədə fikir mübadiləsi aparılıb. Azərbaycana da vətən kimi baxırıq deyən İraq Türkman Qardaşlıq Ocağının rəhbəri Dr. Necdet Yaşar Bayatlı İraqda türkmənlərin üzləşdiyi problemlər, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, təşkilatın İraqda Türkman soydaşlarımızı və onların haqlarını qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək və əməkdaşlıq gözlədiklərini bildirib. O, Azərbaycanla İraq arasında parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb. Millət vəkili Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. Türk Dünyasının İraq türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva türkman Qardaşlıq Ocağının rəhbərliyini və üzvlərini Azərbaycana dəvət edib və əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını deyib. Azərbaycanın, Qarabağ həqiqətlərinin İraqda, İraqda yaşayan soydaşlarımız, onların problemləri ilə yanaşı mədəniyyətinin, böyük şəxsiyyətlərinin Azərbaycanda daha da çox tanınması, gənc nəsillərimiz arasında birliyin daha da gücləndirilməsi istiqamətində konkret təkliflərlə çıxış edən millət vəkili Q.Paşayevanın fikirlərini dəstəkləyən Türkman Qardaşlıq Ocağı rəhbərliyi və üzvləri Azərbaycanı görməyi çox istədiklərini və mütləq gələcəklərini bildiriblər. Qarabağ problemi ilə də bağlı geniş məlumat verən millət vəkili Q.Paşayeva Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin İraqda daa geniş yayılmasında İraq Türkman Qardaşlıq Ocağının bundan sonra daha da çox fəallıq göstərəcəyinə inandığını deyib və bunun vacibliyi ilə bağlı fikirlərini bildirib. Bu məsələdə bundan sonra da hər zaman Azərbaycanın yanındayıq deyən İraq Türkman Qardaşlıq Ocağı rəhbərliyi, üzvlərinə və təşkilatın kitabxanasına millət vəkili Q.Paşayeva Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, materialları təqdim edib. Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışan millət vəkili Qənirə Paşayeva qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, qardaşları isə bir-birinə daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə İraq Türkman Qardaşlıq Ocağı və İraq türkmənlərini təmsil edən təşkilatlarla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını deyib. Yeni Çağ media qurumunun rəhbəri Aqil Ələsgər və Türkiyənin tanınmış media təmsilçiləri Sinan Burhan və Hasan Yavuz Bakırın da iştirak etdiyi görüşdə onlar da düşüncələrini söyləyiblər və geniş fikir mübadiləsi olub.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az

menyu
menyu