ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub


ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub


Avstriyanın ölkəmizdəki səfirliyində "Azərbaycan-Avstriya Turizm Proqramı"nın ənənəvi məzun görüşü çərçivəsində AATP proqramında 5 ildən çox pedaqoji fəaliyyət göstərən Azərbaycan Turizm və Menecment Universitetinin müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə ATMU-nun rektoru İlham Mədətov, ali təhsil müəssisəsinin prorektorları Eldar Aslanov, İranə Əliyeva, ATMU-nun qurucu rektoru və hazırda ADPU-nun rektoru Cəfər Cəfərov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Axel Wech, İMC KREMS TEU-nun rektoru xanım Eva Verner, AATP üzrə Proqram Direktoru cənab Yens Peter Ennen, İMC KREMS TEU-nun sertifikatını alan müəllimlər, həmçinin proqramın məzun- tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Avstriyanın Azərbaycandakı səfiri cənab Axel Wech açaraq iki ölkə arasında mövcud olan siyasi və mədəni əlaqələrin əhəmiyətindən danışıb. İMC KREMS TEU-nun rektoru xanım Eva Verner isə iştirakçıları salamladıqdan sonra rəhbərlik, tələbə və müəllim heyətindən "Azərbaycan-Avstriya Turizm Proqramı" çərçivəsində əvəzedilməz xidmətlərinə və dəstəyinə görə ATMU-nun qurucu rektoru və hazırda ADPU-nun rektoru cənab Cəfər Cəfərova, sədaqətli müəllim kimi 5 ildən çox pedaqoji fəaliyyəti olan 9 müəllimə, həmçinin proqramı uğurla başa vurmaqla kifayətlənməyib, proqramda fəaliyyətini davam etdirən daha 3 nəfər ATMU məzununa mükafatlar təqdim olunub.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tədbirin rəsmi hissəsindəki çıxış nitqində qeyd edib ki, Azərbaycan-Avstriya Turizm Proqramından 10 il ərzində ümumilikdə 175 nəfər (162 nəfər bakalavriat və 13 nəfər magistratura səviyyəsi üzrə) məzun olub. AATP məzunlarından bir çoxu hazırda turizm sənayesinin aparıcı sahələrində böyük nüfuz sahibidirlər. ATMU ailəsi olaraq turizm sənayesinin dinamik inkişafı naminə faydalı və səmərəli əməkdaşlığa böyük önəm veririk.

Mərasim əyləncəli konsert proqramı ilə başa çatıb.

ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub

ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub

ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub

ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub

ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu