"Bu il 12371 yanğın qeydə alınıb, 109 nəfər xilas edilib"- Kəmaləddin Heydərov


"Bu il 12371 yanğın qeydə alınıb, 109 nəfər xilas edilib"-


"Cari ildə Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib".

APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-də keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Fövqəladə hallar naziri bildirib ki, bu il əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı alınaraq ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib: "Hesabat dövründə respublika ərazisində 12371, o cümlədən Bakı şəhərində 3965 yanğın hadisəsi qeydə alınıb. Onlardan cəmi 8 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 37 yanğın hadisəsi qeydə alınıb, hər 3 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə yanğınlarda xilas edilənlərin sayı 69 nəfər artıb".

K. Heydərov qeyd edib ki, bu il baş verən meşə yanğınları zamanı 25 min hektara yaxın meşə sahəsi, əkin sahələrində baş vermiş yanğınlar zamanı isə 85 min hektara yaxın ərazi yanğından mühafizə olunub: "Pambıq qəbulu məntəqələrinin yanğından mühafizə məntəqələrindən 16-da yanğından mühafizə qüvvə və bölmələrinin növbə çəkməsi təşkil edilib, pambıq sahələri və tayalarında baş vermiş 40 yanğının operativ söndürülməsi təmin olunub".

Fövqəladə hallar naziri nəzərə çatdırıb ki, hesabat dövründə yanğınların söndürülməsi zamanı 98 dövlət obyekti, 296 özəl obyekt, 289 çoxmərtəbəli, çoxmənzilli bina, 532 fərdi ev, 284 müxtəlif təyinatlı texnika mühafizə olunub, 109 nəfər yanğından xilas edilib: "Yanğınlar zamanı mindən artıq vətəndaş təhlükəsiz ərazilərə təxliyə olunub".

K. Heydərov qeyd edib ki, bu il 3900-dan çox mənzil və fərdi evdə qazla bağlı yanğından təhlükəsizliklə əlaqəli nöqsanlar aşkar edilib, həmin nöqsanların aradan qaldırılması üçün qaz istismar idarələrinə məlumat verilib: "İslam Həmrəyliyi Oyunları və "Formula 1" oyunları zamanı görülmüş tədbirlər nəticəsində tədbirlər keçirilən obyektlərdə yanğınlar baş verməyib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu