Qənirə Paşayeva Ərəb Liqasının rəsmiləri ilə görüşüb- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 14-12-2017, 13:59    |    Xəbər oxunub: 552 dəfə
Qənirə Paşayeva Ərəb Liqasının rəsmiləri ilə görüşüb-

Millət vəkili Qənirə Paşayeva Ərəb Liqasının rəsmiləri ilə görüşüb və ərəb ölkələrinin media qurumlarını Qarabağ həqiqərlərinin yayılmasında daha fəal olmağa çağırıb.

AFN xəbər verir ki, İraqda beynəlxalq konfransda iştirak edən millət vəkili Q.Paşayeva Ərəb Liqası baş katibinin köməkçisi, ərəb məsələləri və milli sektor üzrə idarə rəhbəri Xəlil İbrahim Əl Thavadi ilə görüşüb. Görüş zamanı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımlar törətməsi, Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab verməməsi barədə danışan millət vəkili Q.Paşayeva Ərəb Liqasından bu məsələlərlə bağlı Azərbaycana daha çox dəstək gözləyirik deyib. Bir çox müsəlman ölkələrinin hələ də işğalçı Ermənistanla geniş əməkdaşlıq etməsinin böyük təəssüf doğurduğunu deyən millət vəkili Q. Paşayeva öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən daha çox dəstək gözləyir deyib. Millət vəkili ona Azərbaycanla bağlı geniş məlumatlar da verib və sizi ölkəmizdə görməkdən məmnun olarıq deyib. Q.Paşayeva həmçinin tədbirdə iştirak etmək üçün Bagdadda səfərdə olan bir sıra ərəb ölkələrinin televiziya kanalları - Əl Səudiyyə, Əl Arabiyyə, Abu Dabi kanalı rəsmiləri ilə görüşüb, onlara geniş müsahibələr verib. Millət vəkili Q.Paşayeva həmçinin Oman, Tunis, Birləmiş Ərəb Əmirliyi və Sudan jurnalistlər cəmiyyətinin rəsmiləri ilə də görüşüb və müsahibələr verib. İraq Jurnalistlər Birliyi ilə də geniş fikir mübadiləsi olub və millət vəkili bir sıra tanınmış media qurumlarına müsahibələr verib. Millət vəkili Q.Paşayeva Çin və Hindistan mediasının İraq təmsilçiləri ilə də görüşüb və müsahibələr verib. Azərbaycan, onun iqtisadi və turizm potensialı və inkişafı, mədəniyyət ilə bağlı danışan millət vəkili Q.Paşayeva müzakirələr və müsahiblər zamanı Qarabağ probleminə geniş yer ayırıb. Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımlar törətməsi, Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab verməməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib. Millət vəkili Q. Paşayeva ərəb ölkələrinin media qurumlarını Azərbaycanın təbliğatına daha geniş yer verməyə, Qarabağ həqiqətlərinin ərəb ölkələrində yayılmasında daha fəal olmağa çağırıb. Bu məsələyə bir sıra ərəb ölkələrinin mətbuat və media qurumlarının diqqət ayırmamasından təəssüflənirik deyən millət vəkili Q.Paşayeva evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçün ədalətin yanında daha çox olaraq Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılması üçün bu mövzulara daha geniş yer verəcəyinizi gözləyir deyib. Onları Azərbaycana dəvət edən millət vəkili Q.Paşayeva onların müsəlman dünyasında baş verən bir sıra problemlərlə də bağlı suallarını cavablandırıb. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində Hindistanın Associate Editor:İndia News and Feature Alliance, Hindistan Jurnalistləri Birliyi Beynəlxalq Federasiyasının vitse-prezidenti ilə də görüşüb, geniş müzakirələr aparıb, Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı ətraflı məlumatlar verib.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Hərbi xidmətlə bağlı dəyişiklik:

Hərbi xidmətlə bağlı dəyişiklik: DTX ilə XKX-ya səlahiyyət verildi

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq:

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq: “Nöqsanları aradan qaldırın”

Ermənilər mövqelərimizi atəşə tutub

Ermənilər mövqelərimizi atəşə tutub

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Model diqqəti geyimi ilə çəkdi-

Model diqqəti geyimi ilə çəkdi- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur