Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı


Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı


2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli bir müddət əvvəl açıqlanıb.



APA xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşdə bildirib ki, yeni qaydaları Ədliyyə Nazirliyi və Nazirlər Kabineti təsdiqlədikdən sonra o hüquqi sənəd kimi qüvvəyə minməlidir.

“Bu prosedur başa çatandan sonra biz buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarını Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirəcəyik”, - deyə M. Abbaszadə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu