ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR


ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-


Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm biznesi” kafedrasının təşkilatçılığı ilə “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri üçün“Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib.



Rektor İlham Mədətov təhsil, uğurlu karyeraya sahiblənmək məqsədini həyat amalı kimi dəyərləndirən ATMU tələbələrinə düzgün seçimdə yanılmayacaqlarına əmin olduğunu bildirib. Universitet tələbələrinə turizm sənayesinin ixtisaslı kadrları kimi yetışmələri yolunda təhsil uğurları arzulayıb.

“Turizm biznesi”kafedrasının müdiri Bahadur Bilalov rəhbərlik etdiyi strukturun fəaliyyəti,tədris olunan fənlər barədə məlumat verib. Kafedra əməkdaşları tərəfindən hazırlanan dərs vəsaitlərini təqdim edib. ATMU məzunlarından “Turizm biznesi” kafedrasının müəllimi Elnarə İsmayılova və “SAYAHAT Health and Travel company”nin təsisçisi Tərlan Quliyev, Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin sektor müdiri Seymur Həsənov, “Turizm biznesi” kafedrasının baş müəllimi, “Bakı tur” agentliyinin direktoru Əlixan Mürvətov şəxsi təcrübələrinə əsaslanıb, tələbələrə karyera qurmaq üçün bir neçə xarici dil bilməyi, nəzəri və təcrübi biliklərə yiyələnməyi tövsiyyə ediblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-
ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-
ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu