Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 16:36    |    Xəbər oxunub: 571 dəfə
Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırıldığı və ifadə verdiyi məlum olub. “AzPolitika” bildirir ki, bu dəfə Mahmudov oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub. Saytın dərc etdiyi fotolardan birində Eldar Mahmudov İstintaq İdarəsindən çıxarkən fotosunun çəkildiyini hiss etdiyi, həmin tərəfə nifrət və qəzəblə baxdığı görünür.



Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. Bu iş üzrə onun azı iki dəfə ifadə verdiyi məlumdur, çünki keçmiş nazirin İstintaq İdarəsindən çıxarkən fotolarını çəkib yaymışdılar. Habelə MTN-çilərdən zərər çəkənlərin bir neçəsi Mahmudovu güdüb idarədən çıxarkən yaxalamışdı və üzünə tüpürmüşdü.

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi


İndi E.Mahmudovun oğlunun ölkədən 1 milyard dollar pul çıxarması epizodu üzrə dindirilməsi barədə xəbər təsdiqlənərsə bu o deməkdir ki, keçmiş nazirin ardınca oğlu da istintaqa cəlb olunacaq. Hansı ki, Anar Mahmudovun “Caspian Crystal” holdinqinin rəhbəri kimi hazırda da biznesini davam etdirir.

Digər maraqlı məqam bundan ibarətdir ki, bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət yolu ilə əldə edilmiş 1.7 milyard dolları leqallaşdırmaqda və xarici offşor hesablara ötürməkdə təqsirləndirilən iki nəfərə-Malik Əliyevə və Vüqar Osmanova hökm çıxarıb, onları uzunmüddətli həbsə məhkum edib. Lakin bu cinayət işinin təfərrüatları ilə bağlı məlumat yoxdur, bununla belə həmin şəxslərin əslində Mahmudovun qruplaşmasına daxil olduqlarını göstərən bəzi dəlillər var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur